Nadir "Ferrari" bu qiymətə hərraca çıxarılır: ondan cəmi 10 ədəd olub
Bizi izləyin

Nəqliyyat

Nadir "Ferrari" bu qiymətə hərraca çıxarılır: ondan cəmi 10 ədəd olub

“Zagato” dizaynlı nadir "Ferrari 348" hərraca çıxarılacaq. "Kupe Elaborazione" adlanan bu "Ferrari"cəmi on ədəd istehsal edilib.

Publika.az xəbər verir ki, adı çəkilən avtomobil böyük yan hava girişləri, şəffaf mühərrik bölməsinin qapağı və qaldırıcı spoyler ilə fərqlənir. Mühərrik standartdır: 300 at qüvvəsi və 323 Nm fırlanma anına malik atmosferli V8 3.4.

Avtomobil 350-400 min avro dəyərində qiymətləndirilir.

Bu avtomobilləri hazırda satışda görmək demək olar ki, mümkün deyil. Onlar 1990-cı illərin əvvəllərində hazırlanıb.

Hərraca çıxarılan "Ferrari 348 Zagato Elaborazione"nin yürüşü cəmi 17 094 kilometrdir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm