İctimai nəqliyyatdan kimlər güzəştlə istifadə edə biləcək? - Yeni sistemin tətbiqi...
Bizi izləyin

Nəqliyyat

İctimai nəqliyyatdan kimlər güzəştlə istifadə edə biləcək? - Yeni sistemin tətbiqi...

İctimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir. Millət vəkili Vüqar Bayramov təklif edib ki, cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Deputat hesab edir ki, Azərbaycanda da qonşu ölkələrin praktikasının tətbiq edilməsinə ehtiyac var.

Nəqliyyat eksperti Elməddin Muradlı Publika.az-a bildirib ki, Azərbaycan dövlətinin bu istiqamətdə müsbət addım atmağa gücü var:

“Lakin bir məsələ var ki, hazırda avtobusların texniki vəziyyəti yeni imkanları dəstəkləmir. Bakıda təxminən 2 000 avtobus fəaliyyət göstərir. Onlardan 400-ü ümumiyyətlə istismara yararsız vəziyyətdədir. Həmin avtobusların konstruksiyası elə bir vəziyyətdədir ki, kart sistemini orada tətbiq etmək real olaraq mümkün deyil. Ona görə də bu avtobusların istismarı sual altındadır. Digər tərəfdən, 1 000 avtobusun dəyişdirilməsinə ehtiyac var. Hazırda onların istifadəsi risklidir. Bir sözlə, sistem lazımdır. Dövlət tələbə, təqaüdçü, qazi və şəhid ailəsinə kartı verirsə, bunu sistem üzərindən tətbiq edə bilər”.

Ekspert hesab edir ki, həmin kartlarla nə qədər vətəndaşın ictimai nəqliyyatdan güzəştli istifadə etdiyini müəyyən etmək olar:

“Hər bir daşıyıcı şirkət sistem üzərindən baxıb məlumat verməlidir. Bu məlumat əsasında da dövlət daşıyıcı şirkətə pul ödəməlidir. İndi məsələ qarışıq vəziyyətdədir. İndi bunu tətbiq etmək mümkün deyil, nəzarət etmək olmur. Çünki bir çox avtobusun özünə validator quraşdırmaq mümkün deyil. Bir sıra istiqamətlərdə ictimai nəqliyyat yox səviyyəsindədir. Sərnişindaşıma özü birinci növbədə qaydaya düşməlidir ki, növbəti mərhələdə bu güzəştlər məsələsi öz həllini tapa bilsin”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm