Nəqliyyat
Bu il azərbaycanlılar ən çox hansı ölkələrə səfər edib?
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan hava nəqliyyatı ilə 36 ölkəyə 1 milyon 833 min 520 nəfər sərnişin daşınıb.
Publika.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə (12,5 %) və 33 % çoxdur.
Hesabat dövründə ən çox sərnişin 500 min 478 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 71,9 % çoxdur.
Siyahıda Rusiyanı Türkiyə (484 min 050 nəfər sərnişin, +20,5 %) və Birləşmiş Ərəb Əmirlikləri (224 min 389 sərnişin, +37,6 %) izləyib.
Təkcə iyulda isə Azərbaycandan 342 min 707 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,7 % çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 20,5 % artaraq 88 min 464 nəfər olub.
Daha sonra, Gürcüstan 112 940 sərnişin (+ 42,8 %), Səudiyyə Ərəbistan 67 744 sərnişin (+21 %), Hindistan 59 030 (+ 8,5 dəfə), Qazaxıstan 49 843 sərnişin (+28,8 %), Qətər 35 046 sərnişin (+ 2,2 dəfə), İtaliya 31 956 sərnişin (+2 dəfə) və Küveyt 28 217 sərnişin (+ 33,4 %) gəlib.
İlk onluğa Hindistanla, Qətər və İtaliya daxil olaraq Özbəkistanı (28 018 sərnişin, -20,3 %), İsraili (25 902 sərnişin, + 10,1 %) və Almaniyanı (20 156 sərnişin, + 3,8 %) siyahıdan çıxarıb.
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Hadisə15:10
Əsgərimiz güllə yarasından öldü - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...