Nəqliyyat
"F-35" yerə çırpıldı: 11 dəqiqə nəzarətsiz uçdu
ABŞ Dəniz Piyadaları Korpusunun "F-35" döyüş təyyarəsi pilotun səhv qərarı nəticəsində təxminən 11 dəqiqə havada nəzarətsiz uçduqdan sonra qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, Dəniz Piyadaları Korpusunun açıqladığı araşdırma hesabatına görə, təxminən 100 milyon dollar dəyərində olan təyyarənin qəzaya uğramasının səbəbi pilotun səhv qiymətləndirməsi olub.
Hadisə 2023-cü il sentyabrın 17-də güclü yağış zamanı baş verib. Pilot elektrik naqillərindəki nasazlıqlar və ekranlardakı problemlər səbəbindən ejektor oturacağından istifadə edərək təyyarəni tərk edib.
Ancaq bu vaxt “F-35” avtomatik uçuş idarəetmə sistemləri sayəsində təxminən 11 dəqiqə 112 kilometr məsafədə öz başına uçmağa davam edib.
İstintaq hesabatına görə, “F-35” təyyarəsi qəzadan əvvəl sıx meşəlik ərazidən keçib və dağıntı sahəsinin uzunluğu təxminən 1800 metrdir.
Dağıntı sahəsində sıx ağac meşələri, pambıq və soya tarlaları olub. Bildirilib ki, qəza nəticəsində ətraf ərazilərə heç bir xəsarət yetirilməyib, lakin xüsusi mülkiyyətdə olan meşə sahələrinə və kənd təsərrüfatı torpaqlarına ziyan dəyib.
Araşdırma nəticəsində qəza ilə bağlı cinayət işi başlanması tövsiyə edilməyib.
Aysel Şahmar
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı













.jpg)


.jpg)


















.jpg)


