Nida Xəbər
Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirildi
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 18-də Bakıda Liderlər Sammiti keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov, Keniya Prezidenti Uillyam Samoei Ruto, Serbiya Prezidenti Aleksandar Vuçiç, Bolqarıstan Prezidenti İliyana Yotova, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini, Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov, Kambocanın Baş Nazirinin müavini və Torpaq İdarəetmə, Şəhərsalma və Tikinti Naziri Say Sam Al, Albaniyanın Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif çıxış ediblər.
Onlar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsini, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğunu vurğulayıb, bu tədbirin mühüm əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, mayın 17-22-də Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakı şəhərində keçirilir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq






.jpg)


















.jpg)


.jpg)








