Nəqliyyat
Metroda sıxlığa səbəb bu aparatdır?
Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasının giriş hissəsində sıxlıq yaranıb. Vətəndaşlar metronun platforma hissəsinə daxil olmaq üçün dəqiqələrlə sıxlıqda qalmalı olublar.
Publika.az xəbər verir ki, bəzi vətəndaşlar deyirlər ki, metro girişlərində quraşdırılan "X-RAY" aparatları təhlükəsizlik baxımından vacib olsa da, pik saatlarda cəmi birinin işlədilməsi sıxlıq yaradır.
Onların sözlərinə görə, xüsusilə pik saatlarda, sərnişinlərin çox olduğu vaxtlarda bu yoxlama cihazlarının hər ikisindən istifadə edilməlidir, eyni zamanda, sürətli keçidlər üçün ayrıca xətlər yaradılmalıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Metropoliteninin bütün stansiyalarında, girişlərdə qanuna uyğun olaraq təhlükəsizlik məqsədilə zəruri tədbirlər icra olunur.
Qurumdan o da bildirildi ki, metropolitendə təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər icra olunduğundan artıq bütün çantalar "X-RAY" tipli yoxlama cihazları vasitəsilə aparılır.
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı











.jpg)






.jpg)






















