Nəqliyyat
Selin dağıtdığı yolda son vəziyyət - Video
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə Prezidentinin sərəncamına uyğun olaraq, intensiv yağıntılar nəticəsində fəsadların yarandığı Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, hazırda ərazidə yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub:
"Görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür.
Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də reallaşdırılır.
Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır".
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






































