AİB Azərbaycanda Biləcəri-Yalama dəmir yolu layihəsinə 350 milyon dollar ayıracaq
Bizi izləyin

Nəqliyyat

AİB Azərbaycanda Biləcəri-Yalama dəmir yolu layihəsinə 350 milyon dollar ayıracaq

AİB Azərbaycanda Biləcəri-Yalama dəmir yolu layihəsinə 350 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Biləcəri-Yalama dəmir yolu sahəsinin elektrikləşdirilməsi, siqnalizasiya və telekommunikasiya sistemlərinin qurulması layihəsi üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Publika.az xəbər verir ki, layihə çərçivəsində müasir elektrikləşdirmə infrastrukturu, o cümlədən dayaqlar, kontakt şəbəkəsi, yarımstansiyalar və kabellər, həmçinin dəmir yolu siqnalizasiya sistemləri quraşdırılacaq.

AİB-dən bildirilir ki, layihənin əsas məqsədi Biləcəri-Yalama sahəsində enerji səmərəli və təhlükəsiz dəmir yolu əməliyyatlarının təmin edilməsidir. Layihə üzrə “Azərbaycan Dəmir Yolları”nın layihə idarəetmə imkanlarının da gücləndirilməsi nəzərdə tutulur.

Sənədə görə, dəmir yolu şəbəkəsinin səmərəliliyinin artırılması nəqliyyat xərclərinin və səyahət müddətinin azalmasına imkan verəcək.

Layihənin icraçı qurumu “Azərbaycan Dəmir Yolları” QSC-dir.

Qeyd edək ki, Biləcəri-Yalama dəmir yolu sahəsi Azərbaycanın şimal-cənub dəmir yolu dəhlizinin bir hissəsidir və “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq yükdaşımalarına – ixrac, idxal və tranzit əməliyyatlarına xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm