Nəqliyyat
Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir
Bakının Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 16 oktyabr saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Publika.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət səbəbindən 8 müntəzəm marşrutun (100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli) hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası və əks istiqamətdə hərəkəti Biney Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, Binəqədi şosesi, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil ediləcək.
108A və 147 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası istiqamətdə hərəkəti 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, eləcə də Çingiz Aytmatov küçəsi ilə təşkil olunacaq.
Əks istiqamətdə isə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...




































