Nida.az
Divan üzvü Rauf Arifoğlunun istefasını alqışladı
Müsavat Divanının üzvü, sabiq deputat İkram İsrafil “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefa vermək istəyini alqışlayıb.
Publika.az xəbər verir ki, İ. İsrafil Divanı baş
redaktorun istefasını qəbul etməyə çağırıb: “Müsavat Partiyası Rauf
Arifoğlunun partiya qarşısında xidmətlərini nəzərə alaraq onun
istefasını Divanda qəbul etməlidir. Rauf bəyin məlum anonsunu
eşidəndə İsa Qəmbərin “Yeni Müsavat”ın təsisçiliyindən istefasını
xatırladım. Həmin vaxt İsa Qəmbər çıxış edərək azad və müstəqil
mətbuatın önəmindən, asılı mətbuatın fəsadlarından danışdı. O,
“Yeni Müsavat” ailəsinə uğurlar arzuladı və təsisçilikdən imtina
etdi.
İndi Rauf Arifoğlunun İsa Qəmbərin lideri olduğu Müsavat Partiyasından istefası yaxınlaşır. Rauf bəyin partiyadan istefa vermək istəyini anlayır və təqdir edirəm. İnanıram ki, Rauf bəyin istefası hər bir partiyadaşı tərəfindən anlayışla qarşılanacaq. Çünki Müsavat Partiyasının uğurlarında “Yeni Müsavat”ın, “Yeni Müsavat”ın uğurlarında Müsavat Partiyasının rolu var. Düşünürəm ki, Müsavat Partiyası Rauf Arifoğlunun partiyada rolunu nəzərə alıb, onun istefasını Divanda qəbul etməklə nümunə göstərəcək”.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu