Nida.az
Ceyms Uorlik: “Münaqişə kəskinləşə bilər, qorxuruq”
“Biz bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik”.
Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk
qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın “Vedomosti”
nəşrinə müsahibəsində deyib.
Həmsədrlərin Moskva səfərini şərh edən C. Uorlik bildirib ki, ABŞ,
Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizama salınması
yollarının axtarışına davam etməlidir: “Biz Moskvada bunu bir daha
təsdiq etdik. Bu il prezidentlərin görüşünü səbirsizliklə
gözləyirik. Lakin görüşün uğurlu olması üçün müzakirəni
hazırlamalıyıq. Həmsədrlərlə bu məsələni müzakirə etdik”.
Amerikalı həmsədr qeyd edib ki, Rusiya uzun müddət Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması üçün aparılan danışıqlarda aktiv
iştirak edir: “Biz konkret prinsiplər və nizama salınma elementləri
haqda danışırıq. Onlardan bir çoxu Dmitri Medvedevin həyata
keçirdiyi danışıqlar zamanı irəli sürülüb. O zaman nələrin edildiyi
haqda müzakirələr gedir. Yəni biz yeni yanaşmaları ixtira etməyə
çalışmırıq. O zaman nail olunan bir sıra əhəmiyyətli məsələlər
haqda danışıqları davam etdirməyə çalışırıq. Bura Dağlıq Qarabağ
ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu,
qaçqınların vəziyyəti, təhlükəsizliyinin zəmanəti kimi məsələlər
daxildir. Biz bütün bu məsələlərə kompleks olaraq baxırıq”.
C. Uorlik Minsk qrupunun 23 il fəaliyyət göstərməsinə baxmayaraq,
real nəticələrə nail olmadığını bildirib: “Bu format müzakirələrə,
dialoqa imkan yaradır. Bu həqiqətdir ki, böyük məyusluq baş verir,
xüsusilə regionun özündə. Çünki regionun sakinləri artır iki
onillikdir ki, bu münaqişəyə şahidlik edir. Atəşkəsə tam şəkildə
əməl olunmur. Bu, bizdə qorxulara səbəb olur. Lakin hesab edirik
ki, sülh əldə oluna bilər. Bu da yalnız danışıqlar yolu ilə
mümkündür. Vaşinqton və Moskva bu prosesdə iştirak etməyə davam
edir və biz gələcəkdə razılaşmaya gətirib çıxaracaq bütün
elementləri araşdırırıq”.
Amerikalı həmsədri münaqişənin yenidən kəskin şəkildə gərginləşə
biləcəyi ehtimalını istisna etməyib və bundan qorxduqlarını etiraf
edib.
“2014-cü il çox təhlükəli oldu. Hər iki tərəf toqquşmalarda itkilər
verdi. 2015-ci ilin yanvarında itkilər daha da böyüdü. Bu, son 20
il ərzində ən təhlükəli anlar idi. Ona görə də münaqişənin
genişlənə biləcəyindən ehtiyat etməyə əsaslar var. Buna görə də
danışıqlar yolu ilə həll variantını tapmaq və atəşkəs rejiminin
qorunub saxlanılması üçün birlikdə işləmək əhəmiyyətlidir. Çünki
bu, təhlükəli və qanlı münaqişədir. Biz Azərbaycan və Ermənistan
tərəfinin silahlanmaya xüsusi diqqət yetirdiyini anlayırıq, hər iki
ölkə təhlükəsizliyinin qeydinə qalır. Lakin bu, eyni zamanda
hərbiləşməni gücləndirir, təmas xəttində gərginliyi artırır. Çünki
vaxtilə atəşkəs kiçik çaplı silahlar və snayperlərlə pozulurdusa,
indi biz orada ağır silahların işə salındığını bilirik. Bu bizi
ciddi şəkildə narahat edir. Digər tərəfdən hərbi balansın pozulması
bizi narahat edir və biz istəmirik ki, hansısa ölkə digərindən daha
güclü olsun. Bu istiqamətdə də danışıqlar aparırıq. Buna görə də
Ermənistan danışıqlar prosesində iştirakını davam etdirməlidir.
İşğal edilmiş ərazilər ümumi nizama salınma çərçivəsində
Azərbaycanın idarəçiliyinə qaytarılmalıdır. Lakin bəzi amillər də
var. Sadəcə olaraq, biz həmişə münaqişənin kompleks həllindən
danışırıq. Kimlərsə hansısa müddəaları əsas gətirib iddialar irəli
sürə bilər. Amma dediyim kimi, bu, ümumi məsələdir. Nizama salınma
elementlərindı təhlükəsizlik zəmanətləri əsas olmalıdır. Bu da
beynəlxalq sülhməramlıların iştirakına zərurət yaradır. Nə vaxt
ərazilər qaytarılacaq, insanlar geri dönəcək, o zaman Dağlıq
Qarabağın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq
sülhməramlılar bu prosesdə iştirak edəcəklər”, - deyə C. Uorlik
vurğulayıb.
Asif Nərimanlı
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO