Nida.az
Konqresin qərarı anti-Azərbaycan planını ifşa etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının İntizam
Komitəsi 2013-cü ilin mayında Azərbaycan və ABŞ əməkdaşlığına həsr
olunmuş Bakı forumuna qatılan amerikalı konqresmenlərlə bağlı
apardığı tədqiqatın nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, tədqiqat “Vaşinqton
post” qəzetinin Bakıya gələn konqresmenlərin Azərbaycan Dövlət Neft
Şirkəti tərəfindən gizli maliyyələşdirildiyi haqda iddialar
əsasında başlamışdı. Lakin İntizam komitəsi müəyyən edib ki,
Konqres üzvləri tərəfindən hər-hansı normalar pozulmayıb. Onların
Bakı səfəri rəsmi icazə əsasında baş tutub və yerli hakimiyyət
əvvəlcədən bütün xərcləri qarşılayacağını açıq şəkildə bəyan
etmişdi.
Obyektiv fəaliyyəti ilə seçilən bir sıra ABŞ KİV-ləri məsələyə
diqqət ayırıb.
“Faktiki olaraq bu insanlar Vaşinqtonun uzaq Qafqaza ciddi
münasibətini göstərdilər. Kapitolidəki kabinetlərindən çıxmadan
yalnız danışmaq mənasızdır. Bakıya səfər edən Konqres üzvləri isə
həm region, həm də Azərbaycanla bağlı ABŞ-ın milli maraqlarına
xidmət ediblər”, - deyə Amerika KİV-ləri bu barədə yazırlar.
Qeyd edək ki, bu iddialar gündəmə gələndə bir sıra yerli və xarici
ekspertlər prosesin məhz anti-Azərbaycan şəbəkəsi tərəfindən start
verildiyini bildirirdi. Xüsusilə ABŞ-dakı erməni lobbisi Azərbaycan
haqda mənfi ictimai rəy formalaşdırmağa hesablanmış plan
qurmuşdular. Lakin Konqresin bu qərarı planları da alt-üst
etdi.
Asif Nərimanlı

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çılğın etirazlarla qarşılaşa bilərsiniz
-
Dünya30 İyun 23:31
Zelenskidən Putinə məktub gətirdi: "Əməliyyatların tez bir zamanda..."
-
MDB30 İyun 22:48
Belarus bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ
-
Magazin130 İyun 22:00
Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - FOTO/ VİDEO
-
Sosial30 İyun 20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial30 İyun 20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region30 İyun 20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Dünya30 İyun 19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson