Nida.az
Qaçqınların statusu haqqında qanuna dəyişiklik olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna dəyişikliklər edilib.
Publika.az-ın məlumatına görə, yeni dəyişikliyə əsasən qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər.
Digər dəyişiklikdə isə bildirilib: “Lakin ən çoxu üç ay müddətində müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək" sözləri "onunla gələn ailə üzvləri ilə birlikdə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq" sözləri ilə əvəz edilsin”.
Qeyd edək ki, sözügedən qanuna dəyişiklik edilməsinə səbəb son zamanlar dünyada miqrasiya məsələləri ilə bağlı siyasətin gərginləşməsi ilə bağlıdır.
Vasif Həsənli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR