Nida.az
Müharibə qorxusu: ermənilər cəbhəyanı kəndlərdən qaçır
Cəbhə xəttinin yaxınlığında yerləşən erməni kəndləri boşalır.
Publika.az xəbər verir ki, Ermənistan KİV-i təmas
xəttində sonuncu gərginlikdən və Azərbaycan tərəfinin düşmənin
təxribatına artilleriya hücumları ilə cavab verməsindən sonra cəbhə
xəttində yaşayan ermənilər arasında ciddi təşvişin olduğunu
yazır.
“1in.am” saytı yazır ki, hazırda təmas xəttində ötən həftə baş
verən gərginlik sakitləşsə də, əhali arasında təşviş azalmayıb:
“Əhali arasında mərkəzi hökumətə müraciət edənlərin sayı çoxalıb.
Bir çoxları cəbhə xəttindən uzaqda yaşayan qohumlarına sığınır.
İnsanlar yeni müharibədən qorxurlar”.
Sayt qeyd edir ki, ciddi hücumlar olarsa, Ermənistan rəhbərliyi
təslim ola bilər: “Azərbaycanda belə düşünürlər. Bəlkə də doğru
deyil. Lakin ordudakı vəziyyət heç də ürəkaçan deyil. Hazırda ordu
daha çox gənc və təcrübəsiz olan zabit və əsgərlərdən ibarətdir.
Təcrübəli hərbiçilər ya istefaya göndərilib, ya da qulluğa
yararsızdır. Buna səbəb olan əsas amil hərbi oliqarxiyanın hökm
sürməsidir. Yəni müharibə olacaqsa, Azərbaycana qarşı duracaq
gücümüzün olmadığını etiraf etmək lazımdır. Bunun üçün təkcə ordu
deyil, ictimai fikir də hazır olmalıdır. Müharibə hər an başlaya
bilər. Ermənistanın isə uzunmüddətli müharibəyə sərf edəcək ictimai
resursları belə yoxdur. Əgər cəbhəyanı kəndlərin sakinləri evlərini
tərk edirsə, deməli, hökumət onlara kompensasiya ödəməlidir. Lakin
hökumət bunu edəcəkmi?”
Sayt İrəvan rəhbərliyinin cah-calal içində yaşadığını, insanların
isə aclıqla mübarizə apardıqlarını yazıb.
“Müharibə aparırıqsa, bunu kiminlə edəcəyik?! Reallıq acıdır:
sərhəd ərazilərdə, eləcə də ölkənin müxtəlif şəhərlərində insanlar
aclıqla mübarizə aparır. Xüsusilə qarşıdan soyuq qış gəlir və bu
çətinliyi ikiqat artırır. Bəs İrəvanın reallığı nədir? Cah-calal
içində oliqarxlar, nazirlər, deputatlar, məmurlar. Onların həyatı
bədxərclik etməkdən ibarətdir. Onlar müharibə edəcəkmi, yaxud ac
insanlar necə döyüşəcək? Məhz buna görə də Ermənistan zəifdir və
döyüşmək üçün hər şeydən öncə ictimai resurslara malik olmalıdır.
Cəmiyyət müharibənin hər kəsə aid olmadığını görür. Buna görə də
cəbhə yaxınlığındakı evlərini tərk edirlər. Onlar evlərindən
qaçarkən bir çoxları da ölkədən qaçır”, - deyə Ermənistanın müxalif
mediası yazır.
Qeyd edək ki, təxminən 10 gün öncə Rusiyanın “Kavkazskiy uzel” saytı Azərbaycanın işğal edilmiş Ağdərə rayonunun Talış və Maqadis kəndlərindən hazırladığı reportajda da əhalinin qaçmağa hazırlaşdığı qeyd olunurdu.
Ermənistanın “168 jam” qəzeti də ölkədəki acınacaqlı vəziyyətə diqqət çəkərək İrəvanın ehtimal olunan müharibədə uduzacağını proqnozlaşdırır.
“Lakin görünür, insanların vəziyyəti, cəbhəyanı kəndlərdə evlərini tərk edənlərin çoxalması və yaxınlaşan təhlükə oliqarxları, nazirləri narahat etmir. Onlar öz var-dövlətlərinin qayğısına qalırlar”, - deyə qəzet yazıb.
Asif Nərimanlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan