Nida.az
Həmsədrlərdən bəyanat: Təmas xəttində baş verən insident qəsdən edilmiş cəhddir

"ATƏT-in monitorinqi zamanı qoşunların təmas xəttində baş verən insident Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir".
"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin yekunlarına aid birgə bəyanatda deyilir.
Bəyanat müəllifləri qeyd edib ki, tərəflər üzərinə monitorinq aparan şəxslərin təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. Amma həmsədrlərin oktyabrın 27-də apardığı monitorinq zamanı qoşunların təmas xəttində atışma qeydə alınıb.
Bəyanatda həmçinin qeyd olunur ki, iki ölkə prezidenti ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş keçirmək öhdəliyini bir daha təsdiq edib. Həmsədrlər qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulmasının təhlükəli olduğunu vurğulayıb. Vasitəçilər ağır silahdan istifadənin yolverilməz olduğunu və bunun mülki əhali üçün ciddi təhlükə yaratdığını da bildirib.

-
Sosial11:54
Şeyxülislam qan verdi
-
Nida Xəbər 11:48
Deputat "yamaqlı" Bakı-Quba YOLUNDAN yazdı: "Əminəm ki..."
-
Sosial11:21
Aşura günü qanvermə aksiyası keçirilir
-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ