Nida.az
BAXCP-nin müşahidəçisi: “Proses tam şəffaf təşkil olunub”
“Səhər saatları olmasına baxmayaraq, seçicilərimiz çox aktivdir”.
Publika.az xəbər verir ki, bu barədə 24 saylı Nizami birinci seçki dairəsinin 14 saylı məntəqənin sədri Sərhəd Məhərrəmov bildirib.
O, məntəqədə 1214 seçicinin qeydiyyatda olduğunu və təxminən iki saat ərzində 110 seçicinin səsvermə hüququndan istifadə etdiyini deyib.
“Bu il evlərə səyyar seçki qutuları göndərməmişik, çünki bizə bununla bağlı müraciət daxil olmayıb. Yerli müşahidəçilərimizlə yanaşı, yeddi xarici müşahidəçi də seçkiləri izləyir”, - Sərhəd Məhərrəmov vurğulayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) olan müşahidəçi İsayev Məmmədsaleh səhər saatlarından məntəqədə olduğunu və heç bir pozuntuya rast gəlmədiyini deyib: “Proses tam şəffaf təşkil olunub. Səhər saatları olsa da, seçicilər aktivdir".
Seçici Allahverdiyev Qabil seçkinin çox yaxşı təşkil edildiyini deyib: “Bu cür nəzarətdə heç bir pozuntu ola bilməz”.
Digər seçici Maya Usubova da seçki prosesindən razı qaldığını deyib.
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR