Azərbaycan-Avstraliya əlaqələri müzakirə olunub
Bizi izləyin

Nida.az

Azərbaycan-Avstraliya əlaqələri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deputat Luke Simpkinsin rəhbərlik etdiyi Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu bildirən Elmar Məmmədyarov bu xüsusda qarşılıqlı səfərlərin mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edən Elmar Məmmədyarov iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının təsis edilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

Parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkins uğurlu ölkəmizdə keçirilən parlament seçkiləri ilə əlaqədar təbriklərini çatdırıb, müşahidə missiyası kimi seçkilərdə iştirak etdiklərini bildirib. O, seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd edib. Bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edən Luke Simpkins Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin onlarda böyük təəssüratlar yaratdığını bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm