Ona heç rəhmət də düşmür - Eldəniz Quliyev
Bizi izləyin

Nida.az

Ona heç rəhmət də düşmür - Eldəniz Quliyev

Ona heç rəhmət də düşmür - Eldəniz Quliyev

“EL” hərəkatının üzvü Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin müavini Cavid Cabbarlı haqqında tənqidi yazı yazıb.

E. Quliyevin Publika.Az-a göndərdiyi yazını təqdim edirik.

Dostlar, mən dəfələrlə SÖZ adlı İlahi anlama münasibət bildirmişəm. Aşağıdakı fikirimi də dönə-dönə təkrar etmişən: Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur. Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk nemət NƏFƏSdir. Və onun bu İlahi payı müqabilində qaytarıb dünyaya verdiyi - SƏSdir. Deməli, NƏFƏS də, SƏS də Tanrı hədiyyəsi olduğu üçün,- müqəddəsdir. SÖZ isə bu iki hikmətin - NƏFƏS və SƏSin - birləşməsindən yaranır və məhz elə buna görə də ikiqat müqəddəs sayılmalıdır. Bizlər bunu dərindən düşünüb-anlasaq heç vaxt dediyimiz və verdiyimiz sözə yalan qatıb xəyanət etmərik,- bununla da bir çox əzab-əziyyət və günahlardan xilas olarıq!.. İndi keçirəm mətləbə.

Elə qələm sahibləri var ki, onlar üçün SÖZ anlayışı çırtma səsi tək, məna kəsb etməyən boş bir şeydir. Belələri fikirimcə, təhlükəli insanlardır. Göstərişlə, əmr, sifariş və muzdla bədxah yazılar yazanlar, şübhəsiz ki, həm də günah işlətmiş olurlar. Təsəvvür edin ki, belə bir üzdəniraq qələm əhli pul, qazanc müqabilində götürüb, tnaımadığı ya lap tanıdığı bir adam haqqında böhtan, təhqir və şər-şəbədəylə dolu məqalə yazıb onu aşağılayır və... elədiyindən zərrə qədər də olsun vicdan əzabı çəkmir!.. Daha düşünmür ki, bu insanın ailəsi var, özü üçün müəyyənləşdirdiyi dəyərlər sistemi, ünsiyyət dairəsi, dünya duyumu var. Məncə, bu sayaq cızma-qaraçıya çəkinmədən, "”şərəf və ləyaqətini itirmiş məxluq” demək olar. Başqa bir misal: hər-hansı bir jurnalist kimdənsə küllü miqdarda maliyyə alaraq növbəti riyakar sifariş yerinə yetirir. Ancaq bu dəfə haqqında yazacağı adamı yaxşı tanıyır və həmin o adam, həmin o jurnalistə bir zərrə də pislik etməyib, əksinə, dəfələrlə təmannasız kömək və yaxşılıqlar edib! Bütün bunlara baxmayaraq, jurnalist öz qələmini itiləyib “maladies”, pul, gəlir və s. xatirinə həmin o günahsız insanı irinli-kinli sözlər, təhqir və söyüş atəşinə tutur. Bax, məhz bu məqamda Söz ölür. Söz sahibi ölür!

Çünki belə “yazar” əməlinin nəticəsi olaraq, nəinki şərəf və ləyaqətini, eyni zamanda, öz namusunu da bilmərrə itirir! Şəxsiyyətini, ləyaqətini, nəhayət namusunu öz xoşuyla itirmiş adam isə, artıq, adam sayıla bilməz! Körpə təbəssümü qədər təmiz, ana südü kimi pak olan müqəddəs SÖZə - Allahın əmanətinə yalan, kin-küdurət və nifrət qatıb xəyanət edən “adam” - mənən ölüdür və ona heç rəhmət də düşmür!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm