Nida.az
Xəzərdə meydan oxuyan donanma: “Stratfor” Bakının hərbi planlarından yazdı
ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan məşhur beyin mərkəzi “Stratfor” Xəzər dənizinin hərbiləşdirilməsi ilə bağlı maraqlı araşdırma aparıb.
Publika.az xəbər verir ki, “Xəzər dənizində yeni
hərbi qayda” adlanan məqalədə dənizin təhlükəsizlik
arxitekturasının tezliklə dəyişə biləcəyi qeyd olunur: “Xəzəryanı
ölkələrin – Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan –
hər biri güclü donanmaya malikdirlər və dəniz sularında hərbi
gücünü nümayiş etdirməyə meyllidirlər. Rusiya burada keçirilən
bütün hərbi təlimlərdə və əməliyyatlarda faktiki olaraq iştirak
edir və istifadə olunan hərbi texnikanın böyük hissəsi Moskva ilə
razılaşdırılır. Lakin hazırda balans dəyişməkdədir. Belə görünür
ki, Azərbaycan və Qazaxıstan Rusiyadan asılı olmayaraq, öz
hərbi-dəniz qüvvələrini inkişaf etdirmək qərarına gəlib. Noyabrın
4-də Azərbaycan və Qazaxıstan müdafiə sahəsində ikitərəfli
əməkdaşlıqla bağlı razılaşma imzaladı. Razılaşmada 2016-cı ildə
müştərək hərbi-dəniz təlimlərinin keçirilməsi vurğulanır. Həmçinin,
Azərbaycan Astanada keçiriləcək “KADEKS-2016” Beynəlxalq Hərbi
Texnika və Silah sərgisinə dəvət olundu”.
Mərkəz yazır ki, Astana ilə Bakı bu razılaşmanı Rusiyanın Xəzər
dənizindən Suriyadakı hədəfləri vurmasından sonra imzalaması diqqət
çəkir: “Bu, qismən Moskvaya cavabdır. Hansı ki, Rusiya İranın
icazəsi ilə Xəzərdəki donanmasına aid qanadlı raketlərlə Suriyadakı
hədəfləri vurdu. Hesab etmək olar ki, Azərbaycan və Qazaxıstan
ümumi dəniz maraqlarını müdafiə etmək üçün Rusiyanın təsirini
aradan qaldıracaqlar”.
Məqalədə Rusiyanın iştirakı olmadan Xəzər karbohidrogen
ehtiyatlarının Avropa bazarına çıxarılması da perspektivdəki əsas
plan olduğu qeyd olunur.
“Stratfor” Xəzər dənizinə dair proqnozlar da irəli sürüb:
- Azərbaycan və Qazaxıstanın hərbi-dəniz donanmaları
Xəzərdə güc balansını dəyişəcək.
- Bu donanmalar Rusiyaya meydan oxumaq gücündə
olmasalar belə, öz karbohidrogen maraqlarının müdafiə edəcək gücdə
olacaqlar.
- Xəzəryanı dövlətlər hər şeyə rəğmən xarici müdaxiləyə
icazə verməyəcək.
Asif Nərimanlı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir