Uorlik Dağlıq Qarabağ məsələsini Konqresə çıxarır
Bizi izləyin

Nida.az

Uorlik Dağlıq Qarabağ məsələsini Konqresə çıxarır

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys ilə Dağlıq Qarabağla bağlı müzakirələr aparıb.


Publika.az xəbər verir ki, amerikalı həmsədr bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.


O, Xarici Əlaqələr Komitəsinə təşəkkür edib: “Xarici Əlaqələr Komitəsinə və onun sədri Ed Roysa Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm. Biz münaqişənin həlli istiqamətində müzakirələri davam etdirməyə dair razılıq əldə etdik”.


Qeyd edək ki, ABŞ Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smitin hazırladığı “Azərbaycan demokratiya aktı - 2015” adlı qanun layihəsi əvvəlcə Ed Roysun rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm