• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Prezident pensiyaların və əməkhaqlarının qaldırılması haqqında tapşırıq verdi

  • Nida.az
  • 12 Yanvar 2016 00:39
  • 1 378 Baxış
Prezident pensiyaların və əməkhaqlarının qaldırılması haqqında tapşırıq verdi

Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi, böyük vəsait tələb edən addımlar atılmışdır. Prezident deyib: “Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır”.

“Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR