Prezident bir neçə ölkəyə səfir təyin etdi
Bizi izləyin

Nida.az

Prezident bir neçə ölkəyə səfir təyin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərgiz Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Nərgiz Akif qızı Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin.

Prezidentin digər bir sərəncamı ilə Nərgiz Akif qızı Qurbanovanı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident həmçinin digər bir sərəncamı ilə Murad Nizami oğlu Nəcəfbəylini Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.B.Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşqın Məzi oğlu Şikarovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm