İlham Əliyev Davosda Əhməd Davudoğlu ilə görüşəcək
Bizi izləyin

Nida.az

İlham Əliyev Davosda Əhməd Davudoğlu ilə görüşəcək

Yanvarın 19-da İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu işə başlayacaq.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, yanvarın 22-dək davam edəcək Forumun bu ilki devizi “Dördüncü sənaye inqilabı” adlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edəcəklər.

O cümlədən, Foruma Türkiyənin baş naziri Əhməd Davudoğlu, ABŞ-ın vitse-prezidenti Cozef Bayden, dövlət katibi Con Kerri, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Kanadanın baş naziri Jastin Trudeau, İranın xarici işlər naziri Cavad Zərif, Yunanıstanın baş naziri Aleksis Tsipras və digər dövlət rəsmilərinin də qatılacağı nəzərdə tutulub.

Türkiyə mətbuatının yazdığına görə, Forum çərçivəsində Prezident İlham Əliyevin Türkiyənin baş naziri Əhməd Davudoğlu və digər dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm