Nida.az
Moskva Bakını itirir: Suriya və Qarabağda müharibə eyni vaxtda başlayır?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya
kürdlərinə dəstək verdiyi üçün Amerikaya qəzəblidir. O, eyni
zamanda, Moskva ilə ciddi mübahisələr aparır. Ərdoğan hazırkı
situasiyada Azərbaycana böyük ümidlərlə baxır. Çünki Bakının Suriya
məsələsində rolu getdikcə böyüyür.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Qazeta.ru”
portalında siyasi ekspertlər Nadana Fridrixson və Yelizavet
Mayetnanın müəllifliyi ilə yayımlanan məqalədə deyilir: “Günün əsas
sualı belədir: Rusiya Azərbaycanı itirir? Birincisi, Dağlıq
Qarabağda vəziyyət xeyli gərgindir və Bakı ərazilərini qaytarmaq
üçün müharibə variantına əl ata bilər. İkincisi, Azərbaycan Moskva
və Ankara arasında seçim etməlidir. Səudiyyə Ərəbistanının
formalaşdırdığı, Türkiyənin də təmsil olunduğu İslam koalisiyasına
qoşulmaq Bakının Moskva ilə münasibətlərinə zərər verə bilər.
Moskvaya yaxınlıq da Ankara ilə münasibətlərin pozulmasına gətirib
çıxara bilər. Həmçinin, Qərblə münasibətlərdə problemlər yarada
bilər. Lakin görünən odur ki, Prezident İlham Əliyev Londonda
Suriya və regiona dəstəklə bağlı keçirilən konfransda iştirak
etməklə öz seçimini edib”.
Müəlliflər qeyd edir ki, Ankara Suriyada genişmiqyaslı müharibəyə
hazırlaşır və bu məsələdə ona Azərbaycanın yardımı lazımdır.
Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti,
politoloq Qriqori Trofimçuk bildirib ki, Londonda iştirak
Azərbaycanın Suriya münaqişəsinə birbaşa qoşulması demək deyil.
“Lakin sözsüz ki, Azərbaycana İslam koalisiyasına qoşulmaq təklif
edilir. Ola bilsin ki, Azərbaycan prosesdə təchizatçı rolunu üstünə
götürsün. Bu Rusiyanın Azərbaycanı itirməsi ilə də nəticələnə
bilər”, - deyə politoloq vurğulayıb.
Politoloq Vladimir Jarxin isə hesab edir ki, Prezident İlham Əliyev
sona qədər seçimini etməyəcək: “Əgər seçim edəcəksə, bunu ən sonda
edəcək. Amma maksimum şəkildə balans siyasətini davam
etdirəcək”.
Qriqori Trofimçuka görə, Bakının seçimi üçün Qərb Dağlıq Qarabağ
məsələsində güzəştə gedə bilər: “Qərb Qafqaz və Xəzər dənizi
boyunca öz siyasətini yeritmək üçün Qarabağdan istifadə edə bilər.
Münaqişə 100 faiz olmasa da, 80 faiz həll edilə bilər”.
Məqalədə vurğulanır ki, Rusiya Azərbaycanı tamamilə itirmək
təhlükəsi ilə üzləşib.
“Doğrudur, Dağlıq Qarabağ münaqişəsinin vasitəçisi kimi Rusiya ilə
əlaqələr daim Bakı üçün əhəmiyyətli olub. Lakin son proseslər
üstünlüyün Moskvanın əlindən çıxması ilə nəticələnə bilər”, - deyə
məqalədə bildirilir.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR