Nida.az
Səkkiz ölkənin prezidenti Azərbaycana gəlir
Bu il martın 10-11-də keçiriləcək IV Qlobal Bakı forumunda 8 ölkənin prezidenti iştirak edəcək.
APA-nın xəbərinə görə, bu siyahıya Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Fələstin prezidenti Mahmud Abbas, Albaniya prezidenti Buyar Nişani, Makedoniya prezidenti Gyorge İvanov, Montenegro prezidenti Filip Vuyanoviç, Sloveniya prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç daxildir.
Qeyd edək ki, “çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Hər üç forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO