Nida.az
Berlində soyqırımı sərgisi
Berlinin "Şəhidlik Camisi" məscidinin nəzdindəki Mədəniyyət Mərkəzində “Azərbaycan Evi”, Azərbaycan Tələbə Şəbəkəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunan anım gecəsi keçirilib.
Publika.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, fevralın 24-də keçirilən tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Fuad Muradov Xocalı qətliamından danışıb, erməni işğalının tarixindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Məscidin nəzdindəki mədəniyyət mərkəzinin rəhbəri Ender Çetin, iş adamı Hasan Babura ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdiyi soyqırımlar barədə öz fikirlərini bölüşüblər.
Tədbirdə azərbaycanlı alim Rüfət Səttarovun "Xocalının timsalında post-sovet Azərbaycanında dini simvolizm" mövzusunda keçirdiyi təqdimat ətrafında geniş müzakirələr aparılıb.
Anım gecəsində soyqırımla bağlı fotolardan ibarət sərginin də açılışı olub.
Qeyd edək ki, fotosərgi iki həftə davam edəcək.
Anar Tağıyev
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR