Britaniyalı deputat ermənilərin cəzalanmasını istədi
Bizi izləyin

Nida.az

Britaniyalı deputat ermənilərin cəzalanmasını istədi

Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib. Bu barədə Azərtac-a Avropa Azərbaycan Cəmiyyətindən bildirilib.

Publika.az bəyanatı təqdim edir:

“Son 20 il ərzində ən ağır döyüşlər və Ermənistanın Azərbaycana qarşı insan tələfatı ilə nəticələnən hərbi təcavüzü məni dəhşətə gətirir. Dünya birliyi Ermənistanı məcbur etməlidir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmağı tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirsin. Artıq bunun vaxtıdır və Ermənistan bu qətnamələrə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır”. Britaniyalı deputat vurğulayır ki, Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm