“Ermənistan dərhal işğala son qoymalıdır” – Almaniyadan çağırış
Bizi izləyin

Nida.az

“Ermənistan dərhal işğala son qoymalıdır” – Almaniyadan çağırış

“Ermənistan hərbi birləşmələrinin Azərbaycan kəndlərinə təxribatçı hücumu göstərdi ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinə diqqəti artırmalıdır”.

Publika.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Hayko Lanqner deyib.

Onun sözlərinə görə, Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardığı təqdirdə münaqişənin həlli istiqamətində böyük sıçrayış görmək olar: “Bu baş vermədən ciddi nəticə gözləmək olmaz. Bütün beynəlxalq ictimaiyyət də buna çalışmalıdır”.

H. Lanqner qeyd edib ki, ermənilər təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir.

“Daha sonra tərəflər masaya otura və regionun taleyini sülh yolu ilə müəyyənləşdirə bilər”, - deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm