Ermənilər Gürcüstana qaçır: “Buradan Rusiyaya gedirik”
Bizi izləyin

Nida.az

Ermənilər Gürcüstana qaçır: “Buradan Rusiyaya gedirik”

Aprelin 2-dən 5-nə qədər cəbhə zonasında gedən döyüşlər Ermənistan əhalisinin ölkəni tərk etməsini sürətləndirib. Hazırda Ermənistan vətəndaşlarının Gürcüstana axını davam edir.

Gürcüstanda yaşayan soydaşlarımızın Publika.az-a verdiyi məlumata görə, son günlər ermənilərlə tez-tez rastlaşırlar. Onlar əsasən minik avtomobillərdə Gürcüstana gəlir, burada yol üçün azuqə alaraq, Rusiyaya doğru üz tuturlar.

Gürcüstanlı soydaşımız Ramin Səfərov rastlaşdığı ermənilərdən ölkəni tərk etmələrinin səbəbini soruşub.

“Minik avtomobilində üç erməni bazara gəldi. Onlar tələsik çoxlu kolbasa və digər ərzaqlar aldılar. Biz onlardan nə baş verdiyini soruşanda aldıqlarının yol üçün azuqə olduğunu, özlərinin isə Rusiyaya getdiklərini dedilər. Ermənistanda vəziyyətin yaxşı olmadığını bildirdilər. Ermənilər deyir ki, ölkədə vətəndaşların xaricə çıxışı tamamilə bağlanıb. Çünki cəbhədəki hadisələrdən sonra ölkədən gedənlərin sayı ikiqat artıb. Hökumət bunun qarşısını almaq üçün həm hava limanlarında uçuşlara məhdudiyyət qoyub, həm də gömrükdən çıxışın qarşısını alır. Amma ölkədən çıxmaq istəyənlər gömrük əməkdaşlarına rüşvət verməklə buna nail olurlar. Bizim qarşılaşdıqlarımız da deyir ki, onlar gömrükdə külli miqdarda rüşvət müqabilində çıxa biliblər”, - deyə soydaşımız bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm