Türkmanlardan Azərbaycana böyük DƏSTƏK: "Ölənə qədər yanınızdayıq"
Bizi izləyin

Nida.az

Türkmanlardan Azərbaycana böyük DƏSTƏK: "Ölənə qədər yanınızdayıq"

İraqın Kərkük şəhərində yaşayan türkmanlar işğalçı Ermənistanın aprelin 2-dən başlayaraq Azərbaycana qarşı başlatdığı təxribatları qınayan bəyanat veriblər.

Publika.az Türkiyənin Anadolu dövlət agentliyinə istinadən xəbər verir ki, Kərkük türkmanları hər zaman Azərbaycanın yanında olduqlarını bildiriblər.

Türkman Hücum Birliyinin komandanı Ahmet Yılmaz Türkiyənin Anadolu xəbər agentliyinə müsahibəsində deyib ki, İraq türkmanları tarixən türk dünyasının bir parçası olaraq bütün döyüşlərdə iştirak edib: “Yüz illər öncə bizim ata və babalarımız türk orduları sıralarında düşmənlərə qarşı döyüşüb. Kərkük türkmanları tarix boyu Azərbaycanın apardığı müharibələrdə də ön sıralarda yer alıb, bu torpaqlar uğrunda şəhid olublar. Hazırda Bakıda Kərkük türkmanları şəhidlərinin məzarları var. Bu gün biz də həmin şəhidlərin nəvələri olaraq Azərbaycan dövlətinin və xalqının yanındayıq.

Azərbaycana qarşı edilən hücum, türkmanlara qarşı hücum sayılır. Azərbaycan bizim tarixi torpağımız və Vətənimizdir. Azərbaycana edilən istənilən hücum cəhdi bizə qarşı sayılacaq. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşmək və şəhid olmaq bizim üçün böyük şərəfdir”.

Türkman Hücum Birliyinin digər əməkdaşı Yunus Bayraktar isə qeyd edib ki, türkmanlar bu gün Kərkükü İŞİD terror təşkilatından qoruduğu kimi, Azərbaycanı da erməni separatçılarından qorumağa hər an hazırdır: “Bizə əmr gəlsin, dərhal Azərbaycanın müdafiəsi uğrunda döyüşməyə gedəcəyik. Vətənimiz Azərbaycan uğrunda şəhid olmaq bizim üçün qürurdur. Azərbaycan xalqı da tam əmin olsun ki, biz türkmanlar ölənədək onların yanındayıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm