Baş katib: “Azərbaycan xalqı və dövlətinin yanındayıq”
Bizi izləyin

Nida.az

Baş katib: “Azərbaycan xalqı və dövlətinin yanındayıq”

“Türk dilində danışan bütün ölkələr bu böhranda Azərbaycan xalqı və dövlətinin yanındadır”.

Publika.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi (TürkPA) Jandos Asanov bildirib.

Aprelin 1-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurmaları şərh edən Asanov Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını deyib.

“Türk dilində danışan ölkələr Azərbaycanı dəstəkləyir. Azərbaycan ordusunda şəhidlər var. Mülki vətəndaşlardan da həyatını itirənlər var. Ümid edirəm ki, bu bölgədəki son qarşıdurma olar. Mən Bakıda gördüyüm budur ki Azərbaycan xalqı hökumətinin və dövlətinin yanındadır. Türk dilində danışan ölkələr də bu böhranda Azərbaycan xalqı və dövlətinin yanındadır. Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq”, - TürkPA-nın baş katibi söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm