Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin olundu - SƏRƏNCAM
Bizi izləyin

Nida.az

Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin olundu - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilsin.

Prezidentin digər bir sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm