Qüdrət Həsənquliyev: “Şəhidlərimizin üzərində siyasət qurmaq olmaz”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Şəhidlərimizin üzərində siyasət qurmaq olmaz”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bir sıra müxalifət nümayəndələrinin şəhidlər üzərindən siyasət aparmasını kəskin tənqid edib.

Publika.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib ki, dünyada və Azərbaycanda elə mövzular var ki, onun üzərindən siyasət qurmaq, yaxud mübarizə aparmaq yolverilməzdir: “Bu kimi hallar cəmiyyət tərəfindən qınanmalı və lənətlənməlidir. Bu mövzulardan biri də Vətən uğrunda olan şəhidlərimizdir. Onların üzərində siyasət qurmaq olmaz. Yazırlar ki, şəhidlərin siyahısını gizlədirlər, dövlət adamları şəhidlərin mərasimlərinə qatılmır və s. Biz şəhidin yas mərasiminə qatıldıq. Şəhidin əmisi dedi ki, həmin gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası da vəfat etmişdi. Ancaq Vasif Talıbov əvvəl şəhidin yas mərasiminə qatılıb, sonra isə anasının vəfatı ilə bağlı işlərlə məşğul olub. Bu insanlarda çox yüksək qarşılanır. Şəhidlərin dəfni mərasimində minlərlə insan iştirak edirlər. Onlarda görürlər ki, mərasimlərə kimlər qatılır. Hesab edirəm ki, belə mövzular siyasət aləti olmamalıdır”.

Millət vəkili AXCP sədri Əli Kərimlini də sərt tənqid edib: “30-40 quldur qabağından qaçanlar indi müharibə çağırışları edirlər. Amerikada Qarabağla bağlı aparılan danışıqlar zamanı Əli Kərimli mitinqi təxirə saldı. Belə riyakar insanlara qarşı cəmiyyət öz narazılığını bildirməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm