Nida.az
Rusiyadan Qarabağ açıqlaması: “Münaqişənin həlli üçün...”
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün
artıq baza var. Sadəcə olaraq, tərəflər bunu həyata keçirməlidir
”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
ATƏT-də daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi çox həssas və
spesifikdir: “Minsk qrupunun həmsədrləri bu yaxınlarda regiona
səfər etdi, daha sonra ATƏT-in qüvvədə olan sədri ilə görüşdü.
Onlar tərəflərin yeni əlaqələr yaratması üçün hazırlıq aparır. Bu
halda Rusiya təkcə Minsk qrupunun iştirakçısı kimi deyil, həm də
münaqişə tərəflərinin hər ikisi ilə strateji münasibətlərə sahib
olan ölkə kimi problemin həllində əsas hərəkətverici gücdür”.
A. Lukaşeviç qeyd edib ki, indi həmsədrlər və ATƏT sədrinin bütün
səyləri kövrək sülhün möhkəmləndirilməsinə yönəlib.
“Amma hər şey münaqişə tərəflərindən asılıdır. Fikrimcə,
münaqişənin həlli üçün baza artıq formalaşıb”, - deyə o
bildirib.
Asif
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...