Nida.az
İsa Qəmbər Moskva radiosuna: “Rusiya danışıqlara imkan yaratmalıdır”
“Ermənistan növbəti dəfə ciddi səhv edir. Nə qədər gec
deyil, onlar bu prosesi dayandırmalıdır. Çünki qondarma “DQR”-in
müstəqilliyinin tanınması danışıqlar prosesinə ölümcül zərbə
deməkdir”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat
Partiyasının keçmiş başqanı İsa Qəmbər “Qovorit Moskva” radiosuna
açıqlamasında deyib.
Onun sözlərinə görə, belə bir addım danışıqlar prosesini mənasız
edir: “Ümid edirəm ki, Ermənistan bundan əl çəkəcək və parlament
qanun layihəsini qəbul etməyəcək. Bu danışıqlar prosesinə,
Azərbaycana təzyiq cəhdidir. Həmçinin, vəziyyəti kəskinləşdirərək,
hansısa üstünlüyə nail olmaq istəyirlər”.
İ. Qəmbər deyib ki, “DQR”-in tanınması cəhdi beynəlxalq
təşkilatlar üçün ciddi siqnaldır.
“Biz hesab edirik ki, danışıqlar prosesi bir ölkənin, yaxud bir
beynəlxalq təşkilatın inhisarçılığında ola bilməz. Bu proses
Azərbaycan və Ermənistan arasında getməlidir. Beynəlxalq
təşkilatlar, müxtəlif ölkələr, həmçinin Rusiya danışıqların uğuru
üçün imkan yaratmalı, burada hansısa iqtisadi, yaxud siyasi qazanc
əldə etməyə çalışmamalıdır”, - deyə o bildirib.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu