Nida.az
İlham Əliyev Qırğızıstan prezidentinə məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev qırğız həmkarı Almazbek Atambayev və Qırğızıstan xalqını Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib.
Publika.az-ın məlumatına görə, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
İlham Əliyev qeyd edib ki, o ağır müharibə illərində xalqların göstərdiyi misilsiz qəhrəmanlıq, cəsarət, fədakarlıq və yenilməzlik müharibənin şanlı tarixinə həmişəlik daxil olub.
“Əminəm ki, həm ön, həm də arxa cəbhədə sınaqlara tab gətirən xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi bundan sonra da, Azərbaycan və Qırğızıstan arasında hərtərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişafı üçün möhkəm təməl olacaq”, - deyə Prezidentin təbrik teleqramında bildirilir.
Azərbaycan dövlət başçısı Almazbek Atambayevə, bütün ön və arxa cəbhə veteranlarına, həmçinin qardaş Qırğızıstan xalqına xoşbəxtlik, firavanlıq və uğurlar arzu edib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu