Nida.az
Qarabağda yeni müharibəyə bir ay qaldı? – İDDİA
“Qarabağda bir neçə gün ərzində baş verən eskalasiya
münaqişənin təkcə tərəfləri deyil, bütün regionu vura biləcəyini
göstərdi. Ehtimal ki, hərbi hərəkətlər bununla bitməyəcək və iyunun
sonunda Qarabağda müharibə yenidən aktivləşə bilər”.
Publika.az xəbər verir ki, bu barədə “The Kiev
Times” nəşrinin “Dağlıq Qarabağ – Avropa diplomatik sisteminin
iflasıdır” başlıqlı məqaləsində deyilir.
Qeyd edək ki, “Karnegi” fondunun Cənubi Qafqaz və Asiya üzrə
eksperti, britaniyalı jurnalist Tomas de Vall da “Politico Europe”
nəşrində dərc olunan məqaləsində Qarabağda yeni müharibənin iyunun
sonunda başlaya biləcəyini iddia edib.
“Əgər münaqişənin həllində tezliklə irəliləyiş olmayacaqsa,
müharibə yenidən baş verəcək. Ehtimal ki, yeni müharibə iyunun
sonunda başlayacaq”, - deyə o iddiasında bildirib.
(http://publika.az/p/135457).
Nəşr qeyd edir ki, hazırda yaranmış vəziyyətin praktiki proqnozunu
təyin etmək çətindir: “Münaqişə tərəflərinin heç biri toqquşma
mərhələsindən danışıqlar prosesinə adlaya bilmir. Ermənistan təmas
xəttində monitorinq sisteminin yaradılmasını, Azərbaycan işğal
olunmuş rayonların qaytarılmasını tələb edir”.
Almaniya-Rusiya forumunun elmi direktoru, alman politoloq Aleksandr
Rar hesab edir ki, Dağlıq Qarabağda hüquqi qəza baş verir.
“Vaxtilə beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi əsas
idi. Lakin soyuq müharibənin bitməsi və Yuqoslaviyanın
dağılmasından sonra öz müqəddəratını təyin etmə məsələsi də gündəmə
gəldi. Qarabağda məhz bu iki prinsip arasında münaqişə yaranıb.
Məhz öz müqəddəratını təyin etmə prinsipi Cənubi Qafqazdakı
problemin həllinə ikili yanaşmanı ortaya çıxarır”, - deyə
o bildirir.
Nəşr qeyd edir ki, indiki situasiyada ən yaxşı variant regiondakı
status-kvonun ləğvi ola bilər: “Görünən budur ki, siyasi-diplomatik
texnologiyalarla münaqişənin həllinə nail olmaq çətin olacaq.
Bundan başqa, Cənubi Qafqazdakı problemlərin Avropa üçün ikinci
planda olması vəziyyəti daha da qəlizləşdirir”.
Asif Nərimanlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan