Nida.az
Kamboca Azərbaycanla enerji sahəsində əməkdaşlıq etmək istəyir
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Kambocanın Azərbaycanda səfərdə olan dövlət katibi Ouch Borithin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, X.Xələfov Azərbaycan ilə Kamboca arasında
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək
qiymətləndirildiyini qeyd edərək, Ermənistan-Azərbaycan
münaqişəsində Azərbaycan Respublikasının ədalətli mövqeyini
dəstəklədiyinə görə Kamboca tərəfinə təşəkkürünü çatdırıb.
İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə toxunan X.Xələfov
iqtisadi, təhsil və enerji sahəsində əməkdaşlıq üçün əlverişli
imkanların olduğunu qeyd edib.
Ouch Borith dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət
edilməsinin Kambocanin xarici siyasətinin təməl prinsiplərindən
biri olduğunu deyərək, ölkəsinin zor işlətməklə dövlətlərin
sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətlərin əleyhinə
olduğunu və bu əsasda da Azərbaycan Respublikasının ərazi bütövlüyü
və suverenliyinin Kamboca tərəfindən dəstəkləndiyini
vurğulayıb.
Sovet İttifaqı zamanı kambocalı tələbələrin Azərbaycanda təhsil
alması üçün yaradılmış imkanlara görə Azərbaycan Respublikası
Hökumətinə təşəkkürünü çatdıran O.Borith Azərbaycan ilə təhsil
sahəsində əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını
nəzərə çatdırıb. O, Azərbaycanın enerji sahəsində zəngin təcrübəyə
malik olduğunu qeyd edərək, bu sahədə də Azərbaycan ilə
əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüş əsnasında qarşılıqlı səfərlərin təşkili və ölkələrimiz
arasında müqavilə-hüquq bazasının da genişləndirilməsi məsələləri
də müzakirə olunub.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"