Draqana Filipoviç: “Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edəcəklər”
Bizi izləyin

Nida.az

Draqana Filipoviç: “Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edəcəklər”

"Avropa Şurası və Avropa İttifaqının həyata keçirdiyi "Azərbaycanda korrpusiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması" layihəsi 2017-ci ilədək davam edəcək".

Publika.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi" mövzusunda seminarda çıxışı zamanı Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib.

Draqana Filipoviç deyib ki, layihənin həyata keçirilməsində Azərbaycan tərəfi maraqlıdır:

"Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarda keçirdiyimiz görüşdə dedi ki, bəzi partiyalar maliyyə hesabatlarını təqdim etmirlər. Düşünürəm ki, bundan sonra siyasi partiyalar maliyyə hesabatlarını təqdim edəcəklər. Azərbaycanda maliyyələ hesabatlarının təqdim edilməsi ilə bağlı qanun qəbul edilib. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasına əlavə işçilər cəlb olunub. Biz də bu işdə öz töhfəmizi verəcəyik".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm