Deputat: “İndiki münasibətlər bizi qane edir”
Bizi izləyin

Nida.az

Deputat: “İndiki münasibətlər bizi qane edir”

"Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında mövcud olan münasibətlərə böyük töhfələr verib".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Almaniya arasında mütəmadi olaraq dövlət rəhbərlərinin qarşılıqlı səfərləri həyata keçirilir. R.Rzayev deyib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Almaniya kansleri Angele Merkel dəfələrlə qarşılıqlı səfərlər ediblər: "Azərbaycan və Almaniya arasında bütün sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. İki ölkə arasında mövcud olan siyasi və iqtisadi münasibətlər bu gün yüksələn xətlə inkişaf edir. Almaniya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. İki ölkə arasında təşkil olunan bütün görüşlər kifayət qədər uğurlu keçir. Cənab Prezidentin Almaniyaya səfəri zamanı keçirilən görüşlər də uğurların davamı kimi qiymətləndirilir. Bu gün Azərbaycan və Almaniya arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq mövcuddur. Bütün bu münasibətlər isə təbii ki, bizi qane edir".

Deputat qeyd edib ki, bu Almaniya ATƏT-ə sədrlik edir: "Almaniyanın ATƏT-ə sədrlik etməsi Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da mühüm əhəmiyyət daşıyır. Ona görə də, bu cür səfərlərin və görüşlərin sayı nə qədər çox olarsa, bir o qədər də Azərbaycan üçün faydalı olar".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm