Dağlıq Qarabağ münaqişəsi ATƏT-də müzakirəyə çıxarılacaq
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağ münaqişəsi ATƏT-də müzakirəyə çıxarılacaq

Bu gün ATƏT-in Vyanadakı baş ofisində təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfrans işinə başlayacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, üç günlük konfransın xüsusi sessiyası ATƏT məkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə həsr ediləcək.

Belə ki, Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr konfransın gedişində müzakirəyə çıxarılacaq.

Ukrayna münaqişəsinə dair ayrıca iclas keçirilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm