Qusara 1,8 milyon manat ayrıldı
Bizi izləyin

Nida.az

Qusara 1,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm