Nida.az
ABŞ kəşfiyyatından Qarabağ ANONSU: “Ya Sarkisyan torpaqları qaytaracaq, ya da...”
"Rusiya və Qərbdən Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyana manevrlər etməsi
üçün təzyiqlər olanda İrəvanda silahlı qrup polis binasını ələ
keçirərək, qiyam başladılar. Hakimiyyətin problemi sülh yolu ilə
həll edə bilməməsi əhalinin küçələrə çıxaraq etiraz etməsinə səbəb
oldu".
Publika.az xəbər verir ki, bu barədə ABŞ
kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" mərkəzi yazıb.
Mərkəz qeyd edir ki, İrəvandakı hadisələr hər şeydən öncə Qarabağ
döyüşçülərinin azlıqda olmalarına baxmayaraq, effektiv gücə malik
olduğunu göstərdi: "Silahlı qrup Sarkisyana qarşı çıxmasının
səbəblərindən biri kimi aprel məğlubiyyətini göstərir. Eyni
zamanda, ölkədə hökumətə qarşı narazılıq insanların qrupun
ətrafında toplanmasına səbəb olub. Bu isə Dağlıq Qarabağ
ətrafındakı prosesə mane ola biləcək amildir. Aprel toqquşmasından
sonra Rusiya və Qərb Qarabağ münaqişəsinin həlli yollarını intensiv
şəkildə axtarır. Aprel müharibəsi də danışıqları dalandan çıxarmaq,
həmçinin, danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyən
Ermənistana təzyiq etmək məqsədi daşıyırdı və görünən odur ki, buna
nail olundu. Lakin başlanan danışıqlar Ermənistanda hökumətin
mövqelərini alt-üst etdi. Bəzi ermənilər hesab edir ki, Sarkisyan
Qarabağda daha genişmiqyaslı müharibənin qarşısını almaq üçün
əraziləri qaytaracaq. Bu isə onun hakimiyyəti ilə vidalaşamasına
səbəb ola bilər. Hansı ki, Levon Ter-Petrosyanın münaqişə ilə bağlı
razılığa gəlmək istəyi onu 1998-i ildə postundan
uzaqlaşdırmışdı".
"Stratfor" qeyd edir ki, Sarkisyan çıxılmaz vəziyyətdədir.
"Rusiya və Qərb Qarabağ münaqişəsinin siyasi həllinin tapılması
üçün ona təzyiqlər edir. Lakin Sarkisyan anlayır ki, güzəştlər onun
postunu laxlada bilər", - deyə mərkəz yazıb.
Asif
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı