Super dövlətin işğalı, Putin-Ərdoğan hücumu, nüvə müharibəsi qapıda – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Super dövlətin işğalı, Putin-Ərdoğan hücumu, nüvə müharibəsi qapıda – GÜNÜN SİYASİ XÜLASƏSİ

Dünyanın super gücünün ələ keçirilə biləcəyi xəbərinin yayıldığı bu günün siyasi mənzərə olduqca qarmaqarışıq oldu. Xüsusilə gün ərzində ortaya çıxan informasiyalara istinadən qarşıdakı proseslərin proqnozunu vermək çətindir. Türkiyə növbəti çevriliş xəbərdarlıqları ilə üzləşir, Ərdoğanın devrilməsi ilə bağlı açıq çağırışlar edilir, Rusiya yaranmış vəziyyətdən istifadə edərək Qərbə qarşı yeni müdafiə cəbhəsi qurmaq haqda fikirləşir. Sarkisyan üçün isə yolun sonu görünməyə başlayır. Bütün bu qarışışıqlığın arasında Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin Bakı görüşünə qızğın hazırlıq aparılır.

Prezidentlər növbəti həftənin birinci günü – avqustun 8-də görüşəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

"İzvestia" qəzetinin Rusiya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə,
Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin birinci müavini, hərbi sənaye kompleksinə cavabdeh şəxs Dmitri Roqozin də olacaq. Nəşrin məlumatına görə, Putin və Ruhani iki dövlət arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin İran tərəfi yeni Rusiya silahlarında maraqlıdır.

Bakıda keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin də olacağı ehtimallar arasındadır.

"Putin Sarkisyanı Moskvada Qarabağ məsələsində güzəştə getməyə məcbur edəcək".

Bu haqda Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Qəzet qeyd edir ki, İrəvanda başa verən qiyam Qarabağ münaqişəsi ətrafında danışıqları təxirə salmışdı: "Lakin indi Sarkisyan Moskvaya gedir və Kreml ondan vədlər gözləyir. Avqustun 8-də Bakıda Putinlə İlham Əliyevin görüşündən sonra Moskvaya dəvət olunan Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi çərçivəsində güzəştlər haqqında konkret vədlər verməyə məcbur ediləcək".

Putin Türkiyə ilə bölgədə yeni ittifaq yaradır.

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyir ki, beş dövlətdən ibarət yeni ittifaq formalaşır: "Bura Rusiya, Türkiyə, İran, İraq və Suriya daxildir".

Onun fikrincə, yalnız Türkiyə və İran Rusiya ilə ittifaqa girə bilər.

"Ankara etibarlı tərəfdaş kimi Qərbə bel bağlaya bilmir. Əgər Türkiyə ölüm cəzasını bərpa edəcəksə, NATO-da onu sıxışdıracaqlar. O zaman Ankara və Moskvanın hərbi xarakter daşıyan razılaşma imzalaması mümkündür. Yəni rus və türk donanması Qara dəniz və Aralıq dənizində təlim keçirə bilərlər. Türkiyə tamamilə Avropa ölkəsi olmaq, Avropa Birliyinə daxil olmaq istəyirdi. Lakin alınmadı. İndi prezident Ərdoğan kamalizmdən ayrılır, ideologiya olaraq İslamı geri qaytarır. Türkiyəyə böyük dövlətlə ittifaq lazımdır. Amerika Ankaranı qəbul etmir, Avropa üz çevirir. Yalnız Rusiyadır ki, bu ölkədə Türkiyəni sevir və hörmət edirlər", - deyə o bildirib.

Ankaranın Rusiya ilə yaxınlaşması və 15 iyul dövlət çevrilişindən sonra Qərblə münasibətlərində yeni çatların yaranması bölgənin geosiyasi mənzərəsini dəyişdirir. Bu dəyişiklik Yaxın Şərqə də təsir edəcək. Xüsusilə Jirinovskinin açıqladığı "beşlik ittifaqı"na Suriyanın da daxil edilməsi diqqət çəkir. ABŞ bununla razılaşacaqmı?

"Türkiyə Suriyadan vaz keçməlidir".

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə keçmiş şefi Qraham Fuller deyib.

O, daha sonra Türkiyənin etməli olduğu məsələləri bir-bir sıralayıb:

"1. Türkiyə Əsədin yaxın dövrdə postundan ayrılmayacağı həqiqətini dərk etməli, ona qarşı çıxmaqdan vaz keçməlidir. Rusiya, ABŞ, Çin, Misir və hətta bir çox suriyalı Əsəddən sonra baş verəcəklərin daha pis olacağını anlayır. Türkiyənin də bu faydasız mübarizədə qazanacağı çox az şey var, əksinə daha çox itirə bilər.

2. Türkiyə Suriyada sülhə nail olmaq üçün ABŞ, Rusiya və Avropa Birliyi kimi böyük güclərlə çalışmalıdır. Səudiyyə Ərəbistanı ilə qurmaq istədiyi sünni ordu ideyasını rədd etməlidir.

3. Bölgədə məzhəb qarşıdurmasının əleyhinə olan keçmiş mövqeyinə qayıtmalıdır.

4. İranla münasibətləri genişləndirmək üçün çalışmalıdır.

5. Məzhəb qarşıdurması problemini həll etmək üçün İraqla yaxından əməkdaşlıq etməlidir.

6. Səudiyyə Ərəbistanı ilə strateji münasibətlərə son qoymalıdır.

7. Məzhəb yaxınlaşması fonunda yanaşmayacağı halda, Körfəz ölkələri ilə əməkdaşlıq etməli, xüsusilə Qətərlə əlaqələri genişləndirməlidir.

8. Rusiya ilə münasibətləri yoluna qoymalı, NATO-nu Rusiyaya qarşı qoymamalıdır.

9. Bölgədə "kürd elementləri" ilə yaxın münasibət qurmağı prioritet istiqamət kimi seçməlidir".

Qeyd edək ki, Q. Fullerin Türkiyədə 15 iyul çevriliş cəhdinin əsas müəlliflərindən biri olduğu deyilir. Artıq Türkiyə tərəfi ona və onun ən yaxın silahdaşı olan CİA-nın keçmiş casusu Henri Barkeyə qarşı cinayət işi açıb.

Rəsmi Ankara bu iki CİA casusunun dəstək verdiyi Fətullah Güləni də axtarışa verib. Bununla bağlı qərar İstanbul məhkəməsi tərəfindən çıxarılıb.

Fətullah Gülənin camaat "imamları"na verdiyi 4 gizli əmr ortaya çıxıb.

Polisin ortaya çıxardığı əmrlərdə deyilir:

1. Elektron poçtdan istifadə edərkən 6 saatdan bir bütün mesajlar silinməli;

2. Adlar, qrup adları, kateqoriya adları doğru olmamalı, qısa olmalı;

3. Saxta şifrədən istifadə edilməli;

4. Əlaqə həmişə açıq olmalıdır.

Məlumata görə, Ərdoğanı öldürərək, Türkiyədə hakimiyyətə gəlmək istəyən FETÖ imamları bu əmrlərlə hərəkət edirmiş.

"Qərb Türkiyəyə müdaxilə etsin və AKP hökumətini devirsin".

15 iyul dövlət çevrilişi cəhdi baş tuitmayandan sonra FETÖ lideri Fətullah Gülən belə deyib.

Misirin "El Ğad" telekanalına danışan Gülən iddia edib ki, Türkiyədə insan haqları pozulduğu üçün Qərb hökuməti devirməlidir.

"Ərdoğan vəzifədə olduğu dövrdə Yaxın Şərqdə sülh ehtimalı yoxdur", - deyə o iddialarını ard-arda sıralayıb.

Ərdoğan isə F. Gülənin Türkiyəyə ekstradisiyasında israrını davam etdirir. Hətta o, Gülənin ABŞ üçün də təhlükəli olduğunu açıq şəkildə bəyan edib.

FETÖ ABŞ-ı da işğal edərək, ələ keçirə bilər.

Bu haqda danışan Ərdoğan bildirib ki, F. Gülən təşkilatlandığı 160 ölkənin hamısını, eləcə də ABŞ-ı gec-tez ələ keçirəcək.

O, ABŞ-dan F. Güləni ekstradisiya etməsini tələb edib.

ABŞ Dövlət katibi Con Kerri isə bu ay Türkiyəyə gələcək. Onun səfəri zamanı Gülənin ekstradisiya məsələsinin müzakirə olunacağı bildirilir.

ABŞ yeni atom bombasının istehsalına hazırlaşır, Obama ad günü mərasiminə

Türkiyə ilə Gülən məsələsi üzərində müzakirələr aparan ABŞ-ın Nüvə Təhlükəsizliyi Milli İdarəsi (NNSA) "B-61-12" adlı modernləşdirilmiş atom bombasının istehsalına hazırlıq prosesini başlayıb. NNSA bəyan edib ki, ABŞ-ın arsenalı ən köhnə nüvə komponent bazası olduğu üçün bu yenilənmə onun ömrünü daha 20 il uzatmağa imkan verəcək.

"B61"-in yeni versiyasının yaradılmasına 4 il vaxt sərf olunub. O, köhnə bombaları əvəz edəcək və strateji bombardmançılardan başqa, taktiki aviasiya təyyarələrində də istifadə olunacaq. 2020-ci ildən ABŞ "B61-12" bombasını sursatın köhnə növləri yerləşən Avropa bazalarına yerləşdirməyi planlaşdırır.

Ekspertlər ABŞ-ın bu planlarının nüvə müharibəsi təhlükəsi yaratdığı fikrini irəli sürürlər.

ABŞ prezidenti Barak Obama isə bu gün axşama özünə ad günü mərasimi keçirməyi planlaşdırır. O, bu gün 55 yaşını qeyd edir.

Avropa isə hər gün bir hadisə ilə qarşılaşır.

Londonda naməlum şəxs qarşısına çıxan insanlara bıçaqla hücum edib.

Nəticədə 6 nəfər yaralanıb. Yaralılardan 60 yaşlı qadın xəstəxanada vəfat edib.

Fransanın Le Man şəhərində yerləşən həbsxanada məhbus digər bir məhbusu və nəzarətçini girov götürüb.Girovları saxlaya məhbusun tələbi başqa həbsxanaya köçürülməklə bağlıdır. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Paris polisi isə terror aktı planlaşdırmaqda şübhəli bilinən bir əfqanı axtarır.

Qazaxıstan bu gün alova qərq oldu.

Ölkənin cənubunda yerləşən "Munay" Məhdud Məsuliyyətli Tərəfdaşlıq (MMT) şirkətinin benzinlə dolu 8 sisterni, eləcə də nasos stansiyasında yanğın baş verib.

***

Səhvini başa düşdü və azərbaycanlılardan üzr istədi

Azərbaycanda siyasi və ictimai sabitlik davam edir. Bu gün ən diqqət çəkən məsələ İsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyerin ölkəmizdən üzr istəməsi, daha dəqiq, öz səhvini anlaması olub.

O, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib.

İşğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan Hökuməti və xalqından üzr istəyən Yannik Pelletiyer gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm