“Havalar sərinləşən kimi Milli Şuranın yadına mitinq düşür” – YAP-dan mitinq AÇIQLAMASI
Bizi izləyin

Nida.az

“Havalar sərinləşən kimi Milli Şuranın yadına mitinq düşür” – YAP-dan mitinq AÇIQLAMASI

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Şuranın sentyabrın 11-ə təyin etdiyi mitinqinə münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, Milli Şuranın təyin etdiyi sözügedən aksiya mövsümü xarakter daşıyır:

"İndiyədək havalar isti keçirdi, Milli Şura da mitinq keçirmirdi. Havalar sərinləşən kimi Milli Şuranın yadına mitinq düşür. Havalar çox soyuyan kimi mitinq yenə dayanacaq. Sonra yaz gələcək, havalar istilənəcək və Milli Şura da yenə mitinq keçirməyə çalışacaq. Yəni, bunların mitinq dedikləri budur. Buna mitinq demək olmaz. Bu adamlar Azərbaycanı istəməyən xarici ölkələrdəki dairələrdən maliyyə təminatı almaq üçün bu cür addımları gündəliyə atırlar. Bununla da onlar öz aləmlərində Azərbaycana təzyiq metodu olmaq üçün özlərini xarici dairələrin gözünə soxmağa çalışırlar. Ancaq artıq bu, gecdir və hər kəs dərk edir ki, 150-200 nəfər qohum-tanışı bir yerə toplayıb "mitinq" adı ilə nə isə təşkil etməyin heç bir mənası yoxdur. Azərbaycan xalqı və cəmiyyəti öz seçimini çoxdan edib, bu adamlara "yox" deyib və indi də bu şəxslərə qoşulmur. Milli Şura da hər zaman olduğu kimi, bu dəfə də gəlib moizə oxuyub çıxıb gedəcəklər".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm