Böyük sülh müqaviləsinin şərtləri, Türkiyədən ikinci cəbhə, “snayperçi” Kərimov ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Böyük sülh müqaviləsinin şərtləri, Türkiyədən ikinci cəbhə, “snayperçi” Kərimov ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Heç şübhəsiz ki, başa vurmaqda olduğumuz həftənin əsas mövzusu Özbəkistan prezidenti İslam Kərimovun səhhəti oldu. Dövlət başçısının səhhəti ilə həftə ərzində ziddiyyətli xəbərlər gəldi və nəhayət... Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusu Suriyanın şimalında əməliyyatları davam etdirir.

Özbəkistan prezidentin səhhəti avqustun 26-da Daşkənd ətrafındakı Durmen rezidensiyasında olimpiyaçıların şərəfinə təşkil edilmiş ziyafətdən sonra pisləşdi. İslam Kərimov Özbəkistanın Rio Oyunlarında iştirak edən Olimpiya yığma komandasının üzvləri və bəzi hökumət rəsmilərinin iştirakı ilə xüsusi qəbul təşkil etmişdi.

"Fərqanə" agentliyi avqustun 29-da prezidentin ölüm xəbərini yaydı. Özbəkistan Prezidenti İslam Kərimovun ölüm xəbərini yayan "Fərqanə" saytının baş redaktoru Danil Kislov xəbərin yanlış olmadığını açıqlayıb. O, "Moskovski komsomolets" nəşrinə müsahibəsində bildirib ki, prezidentin sağ olduğunu və onun yaydığı xəbərin yalan olduğunu sübuta yetirmək üçün İslam Kərimovun iştirakı ilə bir video-süjet hazırlanaraq ictimaiyyətə təqdim edilməlidir.

"Təkrar edirəm, dünən (avqustun 28-i –red.) Özbəkistan saatı ilə 13.00-da prezident İslam Kərimov kliniki ölüm keçirib. Dediyim təsdiqlənməyib, amma Prezident Aparatından heç bir təkzib də gəlməyib. Düşünürəm ki, prezidentin ölümü sentyabr ayının 1-dən sonra elan olunacaq", - o, deyib.

Avrustun 30-da Özbəkistanda Özbəkistan müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 1-də keçirilməsi nəzərdə tutulan təntənəli mərasim ləğv olundu.

Kərimovun ölüm xəbərinin isə onun qızı Lola Kərimova tərəfindən yayıldığı iddia olundu. "Yüksək dairələrdə belə bir fikir var ki, avqustun 29-da Kərimovun ölüm xəbərini qızı Lola yayıb", - Özbəkistan hökumətinə yaxın mənbə Rusiyanın "İzvestia" nəşrinə deyib. Lakin o, bunun səbəbini dəqiq açıqlamayıb.

Özbəkistan prezidenti İslam Kərimovun xəstəxanaya düşməsinin arxasında sui-qəsd planı var. Bu iddia ilə Rusiyanın "vremenynet" saytı çıxış edib.

Özbəkistanın başının Kərimova qarsıdığı bir vaxtda – sentyabrın 1-də rəsmi Bişkek Özbəkistanın istifadə etdiyi Orto-Toki su anbarının Qırğızıstan ərazisi olan Cəlalabad rayonunda yerləşməsi məsələsini yenidən gündəmə gətirib və Daşkənddən həmin əraziləri tərk etməsini tələb etdi.

Qırğızıstan dövləti ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas gətirərək, Özbəkistanı beynəlxalq hüquq normalarına əmə etməyə çağırıb. Qeyd edək ki, Mərkəzi Asiyanın əsas problemlərindən olan su mübahisəsinin əsası SSRİ dövründə qoyulub. Belə ki, 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə 660 hektarlıq Qırğızıstan ərazisi su hövzəsinin tikilməsi üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Amma sovet imperiyası dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri istəyiblər. Özbəklər isə həmin əraziləri qaytarmaq niyyətində deyil.

Özbəkistan prezidenti İslam Kərimovun taleyi ilə bağlı sentyabrın 2-də də gün ərzində müxtəlif məlumatlar yayıldı. Üç diplomatik mənbələrə istinadən"Reuters" agentliyi dövlət başçısının öldüyünü yazdı. "Fərqanə" agentliyi isə İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin bir neçə gündür sürətlə aparıldığını xəbər verdi. "Fərqanə" agentliyi avtomobil karvanında İslam Kərimovun cənazəsinin aparıldığını deyildiyi videonu verdi.

Özbəkistan tərəfi rəsmi informasiya verməsə də, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin, ABŞ Dövlət katibi Con Kerri, Qırğızıstanın baş naziri Sooronbay Jenbekov və Tacikistan prezidenti Emomali Rahmonun dəfndə iştirak etmək üçün Özbəkistana gələcəyi haqda məlumatlar yayıldı.

Türkiyənin baş naziri Binəli Yıldırım və Gürcüstan prezidenti Georgi Marqvelaşvili İslam Kərimovun ölümü ilə əlaqədar baş sağlığı verdi. Bu səviyyələrdə baş sağlığın verilməsi İslam Kərimovun ölümü ilə bağlı şayiələrin həqiqiliyinə şübhə yeri qoymadı. Nəhayət axşam saatlarında hökumət və ölkə parlamenti İslam Kərimovun öldüyünü açıqladı.

İslam Kərimov sentyabrın 3-də Səmərqənddə "Şahi-Zində" qəbiristanlığında dəfn olundu. Kərimovu son mənzilə minlərlə insan - şəhər sakinləri, siyasətçilər, xarici ölkələrin nümayəndələri yola salıblar. Ölkədə 3 günlük matəm elan olunub.

"Fərat Qalxanı" əməliyyatı

Türkiyənin avqustun 24-də Suriyanın şimalında başladığı "Fərat Qalxanı" əməliyyatı davam edir.

Əməliyyat çərçivəsində 400 kvadrat kilometrlik ərazini (47 kənd) ələ keçirilib. Azad Suriya Ordusunun məlumatına görə, bu ərazinin çoxu YPG-dən (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin qanadı – red.) alınan kəndlərdir.

Türkiyə kürd güclərinin Ankaranın "qırmızı xətti" hesab olunan Fərat çayının şərqinə keçməli olduğunu bildirir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG-yə xəbərdarlıq edərək dərhal Fərat çayının şərqinə keçməli olduğunu deyib.

"YPG həm ABŞ-ın söz verdiyi, həm də özlərinin açıqladığı kimi dərhal Fərat çayının şərqinə keçməlidir. Əks halda hədəf olacaq", - Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Türkiyə ilə BÖYÜK MÜHARİBƏ – Silah və döyüşçülər toplanır. Kürd gücləri isə Fərat çayının qərbindəki Münbici tərk etmək niyyətində deyil. Ankaranın tələbinə baxmayaraq, PYD-nin silahlı qanadı Münbiçə silah və döyüşçülər toplayır.

Azad Suriya Ordusu yeni hədəfi strateji əhəmiyyətə sahib Əl-Bab mahalıdır. Əl-Bab İŞİD-in nəzarətindəki Marenin ən əhəmiyyətli təchizat yolunun üzərində yerləşir. Hələb vilayətinin ən böyük mahalı olan Əl-Bab bölgənin sənaye və ticarət mərkəzi olması ilə də xüsusi əhəmiyyətə sahibdir. İŞİD mahalı 2014-cü ilin yazında ələ keçirib. Əl-Bab şəhəri İŞİD üçün Rakkadan sonra "ikinci paytaxt" xüsusiyyəti daşıyır. Mahal həm rejim, həm PYD, həm də Suriya müxalifəti üçün həyati əhəmiyyətə malikdir.

"Daha çox insan öləcək, Türkiyə dərhal...!"İran "Fərat Qalxanı" əməliyyatı ilə əlaqədar Türkiyəni təhdid edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi yazılı bəyanatında bütün ölkələrin Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməli olduğunu bildirib. O, əməliyyatın dərhal dayandırılmasını tələb edib: "Türkiyənin Suriya torpaqlarında qalması bölgədəki vəziyyəti daha qarışıq vəziyyətə gətirəcək. Qarşıdurma sahəsinin Suriyanın şimalına doğru genişlənməsi daha çox günahsız insan və vətəndaşın ölümünə səbəb olacaq".

Xəbərdarlıq və təhdidlərə baxmayaraq, Türkiyə Suriyanın şimalında ikinci cəbhəni açdı. Cerablus mahalında davam edən "Fərat Qalxanı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə aid tanklar sentyabrın 3-də Cerablusdan sonra türkman qəsəbəsi olan Çobanbəyə girib.

Kravçuk torpaqların qaytarılmasının yolunu göstərdi: "Putinlə..."

Həftə ərzində Kiyev və Moskva arasında birbaşa dialoqun vacibliyi gündəmə gəldi. Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib ki, Ukrayna Donbas münaqişəsinin nizama salınması üçün Rusiya ilə ikitərəfli danışıqlara təşəbbüs etməlidir. Bunu Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib. "Minsk razılaşmaları öz rolunu oynadı, onları müsbət qiymətləndirmək lazımdır. Razılaşmalar mümkün geniş təcavüzü dayandırdı.. Amma Minsk razılaşmaları Ukraynanın ərazi bütövlüyü məsələsini həll edə bilməyəcək, Donbası və Krımı qaytarmağa kömək etməyəcək", - Ukraynanın sabiq prezidenti bildirib.

Amma Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko xəbərdarlıq etdi ki, Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya lideri Vladimir Putin arasında vasitəçilərsiz danışıqlar Kremlin maraqlarına uyğundur.

"İkitərəfli danışıqlar formatı bizim mövqelərimizi zəiflədəcək. Danışıqlarda bizim mövqeyimiz Qərblə ittifaqda daha güclüdür. Əgər Ukrayna qərb partnyorlarının vasitəçiliyindən imtina edərsə, ciddi "kozır" havaya atılmış olacaq", -Oqrızko qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin sabiq müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko isə bildirib ki, Rusiyanın Ukraynaya mümkün genişmiqyaslı müdaxiləsini göstərəcək ən azı üç fakt var.

Generalın sözlərinə görə, bu faktlardan biri ondan ibarətdir ki, Rusiya ordusu "qəfil yoxlama"nın gedişatında tam döyüş hazırlığı vəziyyətinə gətirilib: "Əgər Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının sayı yüz minə çatdırılarsa, bu, faktiki olaraq Kremlin böyük müdaxilə üçün hazırlığını bildirəcək. Böyük ehtimalla Rusiyanın Ukraynaya qarşı "kiçik qalib müharibə"nin cəhdlərini gözləmək olar".

İqor Romanenkonun fikrincə, ikinci fakt ondan ibarətdir ki, təlimlər deyil, məhz yoxlamalardan söhbət gedir: "Bu isə rusiyalılara hərbi müşahidəçiləri cəlb etməməyə imkan verir".

"Və nəhayət, hərbi qulluqçuların sayının məhdud olduğu indiki halda rusiyalılar yoxlamanın gedişatında əlavə olaraq otuz mindən çox şəxsi heyəti cəlb etdilər. Bu, təlim deyil, yoxlamadır", - general üçüncü faktı göstərib.

Romanenko xatırladıb ki, Rusiya belə bir ssenarini 2014-cü ilin fevralında reallaşdırıb: "Bu, Ukrayna üçün uyğun olan qruplaşmanın yaradılması və bu qruplaşmanın tətbiqi ilə Krımın zəbt edilməsilə bitdi. 1968-ci ildə Çexoslovakiyada sovet qoşunlarının tətbiqi də həmçinin "yoxlama"dan başlandı. Yaranmış vəziyyət kifayət qədər təhlükəlidir".

AB-dən ŞOK BƏYANAT: "Ərdoğandan sonrakı dövr..."

Türkiyə və prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı düşmənçiliyini hər fürsətdə büruzə verən Avropa Birliyi (AB) bunu növbəti dəfə edib və əsl niyyətini açıqlayıb.

AB-nin rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Günter Ottinger Almaniyanın "Bild" nəşrinə müsahibəsində Türkiyənin AB-yə üzvlüyünün Ərdoğandan sonrakı dövrün mövzusu olduğunu söyləyib.

Ankara və Moskva ABŞ-a qarşı "iqtisadi müharibə" elan edib. Türkiyə və Rusiya ikitərəfli ticarət əlaqələrini lirə və rublla həyata keçirəcək.

Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekci deyib ki, Rusiya və Türkiyə arasında rubl və lirədən istifadə olunması ilə bağlı hər iki ölkənin mərkəzi bankları arasında texniki müzakirələr aparılır. "İlkin hədəf Türkiyəyə gələn Rusiya vətəndaşları ödənişləri rubl ilə, Rusiyaya gedən Türkiyə vətəndaşları isə lirə ilə etmələridir", - deyə o bildirib.

Putinlə Ərdoğanın məxfi Qarabağ söhbəti: "Türk casusları..." - DETALLAR

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın avqustun 9-da Rusiyaya səfəri zamanı Vladimir Putinlə bağlı qapılar arxasında keçirdiyi görüşün detalları məlum olub.

"Sözcü" qəzetinin köşə yazarı Can Ataklının yazdığına görə, görüşün detalları barədə ona Kremlin analitiklərindən biri məlumat verib. Onun yazdıqlarına inansaq, Putin qapalı görüşdə Ərdoğanın qarşısında 7 şərt qoyub (http://publika.az/p/148651).

Putindən SON ADDIM: rayonların qaytarılacağı vaxt açıqlandı

Sentyabrın 8-də Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Ermənistan mediası Moskvanın rayonların qaytarılması ilə bağlı məsələnin həlli üçün 8 sentyabrda son və ən güclü cəhdini edəcəyini yazıb. "Lragir" saytında yayımlanan Naira Ayrumyanın müəllifi olduğu məqalədə deyilir ki, aprel müharibəsindən sonra keçirilən Vyana görüşündə təmas xəttində nəzarət mexanizminin yaradılması gündəmə gəldi: "Həmin görüşün detalları məlum deyil. Amma görünür, Qərb mexanizmin qurulmasında israr edir Buna qarşı çıxan Rusiya isə mexanizmlərin yeni sərhədlər yaradıldandan sonra qurulmasını təklif edir".

Müəllif yazır ki, yeni sərhədlər rayonların qaytarılmasından sonra yaradılacaq: "Hansı ki, planda 5, yaxud 2 rayonun qaytarılması var. İrəvandakı qiyama qədər Moskva rayonların qaytarılması məsələsini sona çatdıracaqdı. Lakin gözlənilməz olan bu hadisələr prosesi təxirə saldı. İndi Rusiya prosesi yenidən canlandırır".

Məqalədə bildirilir ki, Qarabağ münaqişəsinin həlli düz xəttə çıxıb. "Rusiya Ermənistanı güzəştə məcbur etmək üçün son cəhdlərini edir. Sentyabrın 8-də Moskvada baş tutacaq görüş də bu cəhdlərdəndir", - deyə müəllif qeyd edib.

Ermənistanda siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin direktoru, politoloq Aqasi Yenokyan isə deyib ki, Ermənistanda Qarabağla bağlı gizli müzakirələr aparılır. "Ola bilsin ki, bu müzakirələr "Lavrov planı" ilə bağlıdır. İrəvanda polis binasının tutulması ilə baş verən hadisəyə görə Ermənistana öz daxili problemlərini həll etmək üçün vaxt verdi: "Laki Qarabağ məsələsində Ermənistanın güzəştə getməsi aktual olaraq qalır. Sadəcə olaraq, bizim bunun qarşılığında nə alacağımız dəqiq bilinmir. Yalnız o dəyişdi ki, hakimiyyət ərazilərin qaytarılması haqda danışmaqdan daha çəkinmir", - o, deyib.

A. Yenokyan əlavə edib ki, hazırda Ermənistanda ərazilərin qaytarılması ilə bağlı gizli müzakirələr aparılır.

Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 1-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər edib. Məlumata görə, Sarkisyan Qarabağa bu gün səfər edib. Məqsəd qondarma "DQR"-in "25 illik yubileyi"ndə iştirak etməkdir.

Ərdoğan Əsədlə görüşəcək? – ŞOK İDDİA

Türkiyə və Suriya prezidentlərinin mümkün görüşü barədə xəbər də həftəyə damğasını vurdu.

Livanın "As Safir" qəzetinin yazdığına görə, Rəcəb Tayyib Ərdoğan sentyabrın sonuna kimi Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşəcək. Türkiyə və Suriya prezidentlərinin görüşü 18-22 sentyabr aralığında olacaq. Nəşrin iddiasına görə, Türkiyə prezidenti avqustun 9-da Sankt-Peterburqa səfəri zamanı Suriya nümayəndə heyəti Moskvada olub. Nəşr yazıb ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan görüşün detallarını müzakirə etmək üçün sentyabrın 10-da və ya 15-də Dəməşqə səfər edəcək.

"Prezidentin öldürülməsi Moskvanın hədəfi idi" – ŞOK İTTİHAM

"Smolensk yaxınlığında Polşa prezidenti Lex Kaçinskinin olduğu Tu-154M təyyarəsinin qəzası Moskvanın hədəfi idi".

Bu haqda Polşanın Müdafiə naziri Antoni Masereviç "Rzeczpospolita" nəşrinə müsahibəsində deyib. Daha əvvəl isə Polşanın Müdafiə Nazirliyi bildirib ki, tezliklə aviaqəza üzrə yeni materiallar təqdim ediləcək. Masereviç qeyd edib ki, söhbət Tu-154M ekipajının danışıqlarının yeni audioyazılarından gedir.

"Rusiya dispetçerləri və hakimiyyətin hərəkətlərinin hədəfi prezident Kaçinski və bütöv nümayəndə heyətinin içində olduğu təyyarənin qəzası idi. Biz hazırda əsl sübutlara malikik. Onları Millerin (Smolensk qəzası ilə bağlı əvvəlki araşdırma komissiyası – red.) komissiyası gizlədirdi. Biz bu komissiyanın üzvlərinin dəhşətli etiraflarına malikik", - Masereviç bildirib.

Onun sözlərinə görə, qəzaya aid olan materiallar bu ilin oktyabrında elan ediləcək (http://publika.az/p/148788).

Putin sülh müqaviləsinin ŞƏRTLƏRİNİ AÇIQLADI: "Tərəflərdən hər biri..."

Rusiya və Yaponiya arasında sülh müqaviləsinin imzalanması üçün vacib şərtlər etibarın yüksək səviyyəsi və uduzan tərəfin olmamasıdır.

Bu haqda Şərq İqtisadi Forumunun plenar sessiyası çərçivəsində Rusiya prezidenti Vladimir Putin bildirib (http://publika.az/p/148835).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm