Nida.az
Rüstəm İbrahimbəyovdan Müsavata ittiham və qadağa
“Milli Şuradan məsafə saxlamaq Müsavata hakimiyyətlə yaxınlaşmaq
üçün lazım olub, çünki seçkidəki uğursuzluqdan sonra mövcud
müxalifəti “radikallara” və rejim üçün zəruri olan kompromislərə
gedə bilən “konstruktiv düşünənlərə” bölə bilmək hakimiyyətə çox
vacib idi”.
Publika.Az xəbər verir ki, bu barədə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “Azadlıq” qəzetində dərc olunana məqaləsində deyib. R. İbrahimbəyov qeyd edib ki, Müsavat Partiyasının Milli Şuradan çıxması demokratik qüvvələrin birliyinin zəifləməsi kimi qəbul oluna bilərdi: “Ancaq Müsavat rəhbərliyi nəzərə almadı ki, Milli Şura partiyaların birliyi deyil və ordan çıxmaq qərarını hər bir Milli Şura üzvünün yalnız özü verir. Zaman hər şeyə mütləq aydınlıq gətirəcək, ancaq elə bu gün də görünür ki, Milli Şuradan məsafə saxlamaq Müsavata hakimiyyətlə yaxınlaşmaq üçün lazım olub. Müsavat rəhbərliyi öz hərəkətlərinə bəraət qazandırmaq üçün belə bir tezis irəli sürüb ki, Milli Şura prezident seçkiləri dövründə müvəqqəti birlik kimi lazım idi”.
Onun sözlərinə görə, Milli Şura həqiqətən də seçki ilində yaradıldı, ancaq 20 illik ixtilafdan və qarşılıqlı ittihamlardan sonra demokratik qüvvələrin birləşməsi faktı cəmiyyət tərəfindən ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi qəbul olundu: “Ümid yarandı ki, müxalifətin sıralarını cəmiyyətin bütün təbəqələrinin hörmətli nümayəndələri genişləndirəcək. Təəssüf ki, bu ümid yalnız qismən özünü doğrultdu - Milli Şurada nüfuz uğrunda mübarizə aparan partiya liderləri ilə hesablaşmaq zərurəti qurum üzvlərinin sayının zəruri həddi keçməsinə gətirib çıxardı. Sözdə Milli Şurada şəxsi nümayəndəlik prinsipinin üstünlüyü ilə razılaşan partiya liderləri bir çox hallarda ümumpartiya qərarları ilə öz təşkilatlarının üzvlərinin Milli Şuradakı diskussiyalarda müstəqil fikir yürütmək hüquqlarını məhdudlaşdırırdılar. Sonradan Müsavat rəhbərliyinin aramsız tələb və iradları səbəbindən situasiya bir qədər də mürəkkəbləşdi, bu da Milli Şuranın seçkidən sonrakı dövrdə fəaliyyət proqramının işlənib hazırlanması və təsdiqini uzatdı”.
Asif
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı