Nida.az
Səfirimiz etimadnaməsinin dövlət nazirinə təqdim edib
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev etimadnaməsinin surətini Bəhreyn Krallığının xarici işlər üzrə dövlət naziri Ğanim Fadhul Al Buaynayna təqdim edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bəhreynli nazir səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulayıb. O, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirib.
Öz növbəsində, R.Rzayev Azərbaycan xarici işlər nazirinin salamlarını qarşı tərəfə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin, işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş haqqında məlumatlar Bəhreyn Xarici İşlər Nazirliyinin internet səhifəsində, "Bəhreyn Xəbər Agentliyi" və "Gulf Daily News" qəzetində dərc olunub.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir