
“AXCP və Müsavatın yenidən əməkdaşlığı artıq mümkün deyil. Bu keçmişdə qaldı”.
Bu sözləri AXCP sədrinin müavini Razı Nurullayev publika.az-a açıqlamasında iki partiyanın bələdiyyə seçkilərində birgə iştirak etməsi perspektivinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu iki partiya arasındakı əməkdaşıq bitmiş mərhələdir: “Neçə illər bununla bağlı səylər göstərilib, toplantılar keçirilib. Ona görə də yenidən bu məsələyə qayıtmaq artıq vaxt itkisidir”.
R. Nurullayev bildirib ki, iki partiya arasında əməkdaşlıq Milli Şura çərçivəsində olub: “Müsavat Partiyası Milli Şuradan çıxandan sonra bu əməkdaşlıq dayandırıldı. AXCP isə Milli Şurada fəaliyyət göstərir”.
Sədr müavini partiyanın bələdiyyə seçkilərində iştirakla bağlı hələ qərar vermədiyini açıqlayıb.