Nida.az
Mehman Əliyev Milli Şuradan çıxacağı vaxtı açıqladı
“Nə vaxt görsəm ki, mənim mövqeyimə, prinsiplərimə uyğun deyil,
əlbəttə Mili Şuradan çıxacam”.
Bu barədə Milli Şuranın Koordinasiya Şurasının üzvü Mehman
Əliyev Publika.Az –ın Milli Şuradan istefa vermək
ehtimalı ilə bağlı sualına cavabında deyib. M. Əliyev bildirib ki,
hər şey gedişdən asılıdır: “Milli Şura fəaliyyətini normal
quracaqsa- hesab edirəm bu mümkündür- qalacam. Əgər problemlər
yaransa, görsəm ki, orda nəsə etmək mükmün deyil, birlik alınmır,
vəziyyət çətindir, o zaman istefamı verərəm”.
Bunun nə vaxt baş verə biləcəyinə gəlincə, M. Əliyev hər şeyin proseslərin gedişinə bağlı olduğunu deyib: “Ancaq hələlik çalışıram ki, Milli Şura üzərinə götürdüyü öhdəlikləri, məqsədləri həyata keçirsin. Elə buna görə orda qalmışam”.
Müsavat Partiyası getdikdən sonra-hansı ki, mübahisələrə bu
partiyanın səbəb olduğu deyilirdi-Milli Şurada grəginliyin,
qarşıdurmanın hələ də davam etməsinə münasibət bildirən KŞ üzvü
deyib ki, hər şeyi təkcə Müsavat bağlamaq lazım deyil: “Vahid
birlikdir, bir tərəfdə bir-birini başa düşən, həmrəy olan insanlar,
qurumlar, digər tərəfdə də Müsavat. Belə yanaşmaq doğru olmaz. İş
ondadır ki, siyasi palitrada həmişə daxili çəkişmələr gedib. Bəzən
bu normal polemika səviyyəsində, bəzən də qırmızı xətti keçməklə
olur. Burda maraqlar da, baxışlar da fərqlidir. Milli Şuranın
üstünlüyü ondan ibarət idi ki, orda cürbəcür baxışlara, təriqətlərə
aid olan insanlar toplaşıb. Digər tərəfdən də bu problem yaradır.
Milli Şura ilkin olaraq onu bacarmalıdır ki, ayrı-ayrı olan
düşüncələri, fikirləru, mövqeləri bir araya gətirə bilsin və
konsensus yaratsın. Əsas iş bunun üstündə getməlidir. Həmçinin əsas
məqsəd, Azərbaycanın demokratiyaya keçməsi, bu prosesdə olmaq və
yardım etmək unudulmamalıdır”.
Asif Nərimanlı
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO